
Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ Teleqraf.az-a istinadən xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.