Dünən, 12:48 83

"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu".

AVESTA.AZ xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir.

Bildirilir ki, Azərbaycan ilk müstəqillik mübarizəsini 1918-ci ildə aparıb. Böyük mübarizədən sonra müsəlman Şərqində ilk demokratik respublika quruldu. Lakin bu müstəqillik uzun sürmədi. 1920-ci ildə ölkə sovet işğalına məruz qaldı və azərbaycanlılar təxminən 70 il Sovet hakimiyyəti altında yaşadılar.

Qeyd edilir ki, 1980-ci illərin sonunda Sovet İttifaqının dağılma prosesi başlayanda Azərbaycan xalqı yenidən müstəqillik uğrunda ayağa qalxdı. İnsanlar aylarla meydanları tərk etmədilər:

"1990-cı il yanvarın 20-də sovet tankları Bakıya daxil oldu. Həmin gecə 147 nəfər müstəqillik uğrunda həyatını itirdi. Sovet qoşunları Bakıya girsə də, Azərbaycanı əbədi itirdi. Həmin gün Azərbaycan Ali Sovetində ölkənin taleyini dəyişən qərar qəbul edildi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı təsdiqləndi".

Lakin müstəqilliyin bərpası bütün problemləri həll etmədi. Ermənistanla münaqişə Qarabağda ağır böhrana çevrildi. Həmin dövrdə güclü və nizami ordu quruculuğunun tam formalaşmaması ölkənin vəziyyətini daha da çətinləşdirirdi.

Azərbaycanın çətinliklərdən çıxış yoluna ehtiyacı var idi. Xalq ölkəni böhrandan çıxara biləcək şəxsi tanıyırdı. Bu şəxs sovet dövründə də Azərbaycana rəhbərlik etmiş, müasir Azərbaycan dövlətçiliyinin qurucularından biri və xalqın ümummilli lideri Heydər Əliyev idi.

Heydər Əliyev 1993-cü ildə ölkənin məsuliyyətini öz üzərinə götürdü. Siyasi böhranın aradan qaldırılması istiqamətində addımlar atdı, iqtisadi islahatlara başladı və nizami ordu quruculuğuna xüsusi diqqət yetirdi. O, 2003-cü ildə vəfat etsə də, müəyyən etdiyi strateji xətt Azərbaycanın gələcək inkişafına təsir göstərdi.

Həmin il Prezident seçilən İlham Əliyev ordu quruculuğuna xüsusi önəm verdi. Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri Qarabağın təxminən 30 illik işğaldan azad edilməsi idi.

Bu məqsədə tərəf dönüş 2020-ci il sentyabrın 27-də başladı. İlham Əliyevin əmri ilə hərəkətə keçən Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində işğal altında olan ərazilərin əhəmiyyətli hissəsini azad etdi. Qarabağda yeni mərhələnin əsası qoyuldu.

Lakin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra da bölgədəki problemlər tam həll olunmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu yeni hərbi əməliyyata başladı. 24 saatdan az davam edən əməliyyatdan sonra Azərbaycan Qarabağda tam nəzarəti bərpa etdi.

Sonrakı mərhələdə Azərbaycan davamlı sülhün təmin olunması üçün diplomatik səylərini davam etdirdi. Ermənistanla münasibətlərin normallaşdırılması və regionda yeni reallıqların qəbul edilməsi istiqamətində proses başladı.

Avqustun 8-də Vaşinqtonda keçirilən tarixi sülh sammiti Azərbaycanın hərbi və siyasi nailiyyətlərinin beynəlxalq hüquq çərçivəsində rəsmiləşdirilməsi istiqamətində yeni mərhələ oldu. Azərbaycan sülhün ədalətli hüquq prinsipləri və beynəlxalq legitimlik əsasında qurulmalı olduğu mesajını dünyaya çatdırıb. İlham Əliyevin sözləri ilə desək, Azərbaycanın tarixində yeni dövr başlayıb: "Həm müharibəni, həm də sülhü qazandıq

Paylaş

Xəbər lenti

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb Bu gün, 15:48 Uşaqlıqda antibiotik qəbulu bağırsaq xəstəliyi riskini artıra bilər - ARAŞDIRMA Bu gün, 15:48 Kredit götürənlərin NƏZƏRİNƏ - İşini itirənlərin borcunu sığorta ÖDƏYƏCƏK? Bu gün, 15:48 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb Bu gün, 15:48 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar Bu gün, 15:48 Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb Bu gün, 15:48 İspaniyada güclü yağışlarda bir nəfər öldü, Valensiyada dərslər dayandırıldı Bu gün, 15:48 İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur Bu gün, 15:48 Siqaretə ən çox pul hansı bölgədə xərclənir? – Bakı deyilmiş... Bu gün, 15:48 Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib Bu gün, 14:48 "Yaprak Dökümü"nün aktyoru: "Ölüm səhnəsinə çəkilərkən, gülürdük" Bu gün, 14:48 Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq Bu gün, 14:48 Paytaxtın bu hissəsində qaz təchizatında fasilə yaranacaq Bu gün, 14:48 ABŞ yarım milyard dollara yaxın uzaqmənzilli raketlər alıb Bu gün, 14:48 Bir qrup energetik təltif edilib - Sərəncam Bu gün, 14:48 Türkiyəli partiya sədrindən Azərbaycana böhtan atanlara sərt cavab Bu gün, 14:48 Yaponiya səfiri: Azərbaycanın Orta Dəhlizdə əhəmiyyəti artmaqda davam edir Bu gün, 14:48 Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub Bu gün, 14:48 Murat Boz: "Pul qazanmaq asan deyil!" Bu gün, 13:48 Türkiyədə seldən ölənlərin sayı 9-a çatdı Bu gün, 13:48 Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub Bu gün, 13:48 Qəza siqnalı verən Rusiya təyyarəsi təcili eniş etdi Bu gün, 13:48 Bu kənddə yeni elektrik şəbəkəsi qurulacaq - 3,5 milyonluq LAYİHƏ Bu gün, 13:48 Novruz bayramı günü bibisinin oğlunu öldürdü Bu gün, 13:48 Tramp Zelenskini Rusiyadakı neft emalı zavodlarına hücumlara görə tənqid edib Bu gün, 13:48 Gülben Ergen bu tarixdə BAKIYA GƏLİR Bu gün, 13:48 Torpaq və mənzillər BAHALAŞIR: İlin sonuna qədər qiymətlər nə qədər QALXACAQ? Bu gün, 13:48 Nadir rast gəlinən xərçəng növləri açıqlanıb Bu gün, 13:48 Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb Bu gün, 13:48 Məktəb direktorunun maşınının qəsdən yandırılması ilə bağlı bir nəfər də həbs olundu Bu gün, 12:48 Qasım Bayramova Naxçıvanda vəzifə verildi Bu gün, 12:48 Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu Bu gün, 12:48 Koutinyo "Liverpul"dan ayrılmağı karyerasının ən böyük səhvi hesab edir: Klopp ona nə deyib? Bu gün, 12:48 Rusiyada hava limanında 31 kiloqram radioaktiv göbələk aşkarlandı Bu gün, 12:48 Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb Bu gün, 12:48 Sabah rayonlara yağış yağacaq - Proqnoz Bu gün, 12:48 Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi Bu gün, 11:48 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə Bu gün, 11:48 Azərbaycanlı blogerin atasının beyninə qan sızıb - "Təcili yardım deyir biz o əraziyə baxmırıq" Bu gün, 11:48 Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib Bu gün, 11:48 "Çıraq" şadlıq sarayı ilə bağlı İDDİA: Müştərilərə iylənmiş ətdən yemək verilib? Bu gün, 11:48 Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış Bu gün, 11:48 Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ? Bu gün, 11:48 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 11:48 Anar Bayramov səhiyyə naziri təyin edilib Bu gün, 11:48 Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib Bu gün, 11:48 Prezidentin yeni səhiyyə naziri təyin etdiyi Anar Bayramov kimdir? - DOSYE Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR