23-03-2025, 09:48 496

Ekrem İmamoğlu və digər şəxslər həbs ittihamları ilə məhkəməyə aparılıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu İBB-yə qarşı aparılan istintaq çərçivəsində həbs tələbi ilə məhkəməyə aparılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər 99 şübhəli barəsində "cinayətkar təşkilata rəhbərlik", "cinayətkar təşkilata üzvlük", "korrupsiya", "rüşvət alma", "fırıldaqçılıq", "qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi" və "tenderi saxtalaşdırma" cinayətləri ilə bağlı istintaq başladılıb, onun və digər şəxslər "PKK/KCK terror təşkilatına yardım" ittihamı üzrə cinayət işi davam edir.

Polis bölməsindəki əməliyyatlardan sonra şübhəli şəxslər Çağlayandakı İstanbul Ədliyyə Sarayına aparılıb və onların prokurorluqdakı ifadələri tamamlanıb. İmamoğlu korrupsiya istintaqı çərçivəsində "cinayətkar təşkilat yaratmaq", "tenderi saxtalaşdırmaq" və "rüşvət" ittihamları ilə həbs tələbi ilə məhkəməyə aparılıb. Terror istintaqı çərçivəsində İmamoğlu ilə yanaşı, həmçinin Şişli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan, İBB sədrinin müavini Mahir Polat və İslahat İnstitutunun direktoru Mehmet Əli Çalışkan "silahlı terror təşkilatına yardım etmək" ittihamı üzrə həbs tələbi ilə məhkəməyə aparılıblar.

*** 23.03.2025 01:40

Prokurorlar İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun şəhərin Ədliyyə Sarayında dindirilməsini başa çatdırıblar.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Haberturk" telekanalı məlumat yayıb.

Bildirilib ki, İmamoğlu barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmənin qərarının bazar günü səhər saatlarında çıxarılacağı gözlənilir. Oxşar bəyanatı Türkiyənin aparıcı müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özel İstanbul meriyasının qarşısında keçirilən mitinqdə səsləndirib.

Qeyd edək ki, Ekrem İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.

*** 22:56

İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu və digər 90 şübhəli iki istintaq üzrə prokurorlar qarşısında dindirilir. 

Bu barədə BAKU.WS "Haber Global"a istinadən xəbər verir.

Şübhəlilərdən ifadə almaq üçün 30 prokuror təyin edilib. Dindirilmə başa çatdıqdan sonra onlar iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq" və "Tender saxtakarlığı" maddələri üzrə saxlanılmaları barədə qərar verilib. 

*** 20:20

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər 91 şübhəli dindirilmək üçün Çağlayandakı Ədliyyə Sarayına gətirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

Həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.

Məlumat üçün bildirək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq" və "Tender saxtakarlığı" maddələri üzrə saxlanılmaları barədə qərar verilib. 

Paylaş

Xəbər lenti

Mustafa Sandalın həyat yoldaşının adı fond qalmaqalında hallandı Dünən, 23:48 Ekspert: "Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." Dünən, 23:48 Gələcəyi daha çox düşünən bürclər hansılardır? Dünən, 23:48 Britaniyada ABŞ aviabazasının yaxınlığında 5 nəfər saxlanılıb Dünən, 22:48 Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb? Dünən, 22:48 Hindistanda güclü yağışlar 56 nəfərin ölümünə səbəb olub Dünən, 22:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər Dünən, 21:48 Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib Dünən, 21:48 Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir? Dünən, 21:48 18 Aİ ölkəsi qeyri-qanuni miqrasiyaya qarşı birgə plan razılaşdırıb Dünən, 21:48 Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı Dünən, 20:48 Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL Hərbçilər təlim zamanı xilasedici jiletlərlə təmin edilməyib Dünən, 20:48 İran ABŞ-lə danışıqlara hazır olduğunu açıqladı: "İstənilən təcavüzə qarşı dayanacağıq" Dünən, 20:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib Dünən, 19:48 Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Dünən, 19:48 Bakıya gəlmək istəyən erməni tankları Dünən, 19:48 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq" Dünən, 19:48 Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb Dünən, 18:48 UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb Dünən, 18:48 İranda müharibə zamanı 7 250 nəfər dağıntılar altından xilas edilib Dünən, 18:48 Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb Dünən, 18:48 "44" bədii filminin növbəti tizeri yayımlanıb Dünən, 17:48 Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Dünən, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə oyunda hesabı bərabərləşdirib Dünən, 17:48 Kiyevdə dron hücumu zamanı azərbaycanlı həlak olub Dünən, 17:48 FIA prezidenti: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır" Dünən, 16:48 İran Hörmüz boğazında ABŞ ordusuna məxsus ikinci sualtı pilotsuz qurğunu ələ keçirdiyini açıqlayıb Dünən, 16:48 Anım Günü ilə bağlı 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib Dünən, 16:48 Ərdoğan: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" Dünən, 16:48 Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu Dünən, 15:48 "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" Dünən, 15:48 Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Dünən, 15:48 Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib Dünən, 15:48 "Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Dünən, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Dünən, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Dünən, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Dünən, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Dünən, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Dünən, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Dünən, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Dünən, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Dünən, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Dünən, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Dünən, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Dünən, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Dünən, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Dünən, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR