2-02-2023, 16:46 646

AİİB Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəstəkləməyə hazırdır

Azərbaycan beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlığa önəm verir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Konstantin Limitovskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Görüşdə Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə bankın verdiyi dəstək qeyd olunub, ölkəmizdə və regionda Azərbaycan və AİİB arasında energetika, infrastruktur, nəqliyyat sahələrində investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib, ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən AİİB ilə əməkdaşlığa önəm verdiyini, bu əməkdaşlığın, ələlxüsus borc əməliyyatlarının “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun həyata keçiriləcəyini vurğulayıb.

Azərbaycanın tranzit potensialından bəhs edən maliyyə naziri Xəzər hövzəsi regionu və Orta Asiya ölkələrinin Avropa ilə nəqliyyat əlaqələrinin qurulmasında ölkəmizin xüsusi rol oynadığını vurğulayıb, Azərbaycanın tranzit imkanlarının artdığı indiki şəraitdə nəqliyyat dəhlizlərinin inkişafının vacibliyini diqqətə çatdırıb.

Öz növbəsində K.Limitovski bildirib ki, AİİB-in əməliyyat portfeli fəaliyyət göstərdiyi 7 il ərzində 35 milyard ABŞ dollara çatıb və bank öz missiyasına uyğun olaraq Asiya ölkələrinin infrastruktur baxımdan inkişafını dəstəkləməkdə davam edir.

AİİB-in Azərbaycandakı layihələrindən danışan vitse-prezident təmsil etdiyi qurumun yarandığı gündən bəri təsdiq etdiyi ilk layihələrdən biri olan Trans-Anadolu Qaz Boru Kəməri layihəsinin əhəmiyyətini vurğulayıb. Digər bir vacib layihə isə 2021-ci ildə təsdiq edilmiş Azərbaycan Respublikasının “COVID-19-a Aktiv Müdaxilə və Xərclərə Dəstək” proqramıdır. K.Limitovski AİİB-in bundan sonra da Azərbaycanla əməkdaşlığı genişləndirməyə, ölkənin iqtisadi inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.

Paylaş

Xəbər lenti

Tramp "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb Bu gün, 18:49 RİNN, AZCON Holding və "Franklin Templeton" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 18:49 Vətən müharibəsinin xüsusi təyinatlısı: "Bizi minaatanla vururdular" Bu gün, 18:49 Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edilib Bu gün, 18:49 Bakıda qızının evə taksi ilə gəlməsinə əsəbiləşən kişi arvadını döydü Bu gün, 18:48 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq Bu gün, 18:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar Bu gün, 17:48 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb Bu gün, 17:48 Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" Bu gün, 17:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb Bu gün, 17:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Bu gün, 17:48 Corc Rassell: "Bakıdakı Qran-pri mənim üçün uğurlu alındı" Bu gün, 17:48 İtkin düşən 5 nəfər ötən gün tapılıb Bu gün, 17:48 Ayxan Abbasov: "Sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağıq" Bu gün, 17:48 Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir Bu gün, 16:48 "Formula 1": "Aston Martin"in daha bir pilotu Bakıdakı yarışda mübarizəni dayandırıb Bu gün, 16:48 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib Bu gün, 16:48 Bakıda valideynləri dalaşan qız ölümdən döndü Bu gün, 16:48 İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 16:48 Qeyri-neft-qaz ixracında rekord artım Bu gün, 16:48 "Formula 1": "Maklaren"in pilotu Lando Norris qəza törədərək mübarizəni dayandırıb Bu gün, 16:48 Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim" Bu gün, 16:48 İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 16:48 "Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub Bu gün, 16:48 SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək Bu gün, 15:48 "Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib Bu gün, 15:48 Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı Bu gün, 15:48 Azərbaycanın məlumat mərkəzləri ilə bağlı əsas üstünlükləri açıqlanıb Bu gün, 15:48 SOCAR ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb Bu gün, 15:48 Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 15:48 Azərbaycan tezliklə Tbilisidə A sinifli hotel açacaq Bu gün, 15:48 Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək Bu gün, 15:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar Bu gün, 15:48 Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ Bu gün, 15:48 "Formula 1": Lens Stroll boliddəki problemə görə yarışdan kənarda qalıb Bu gün, 15:48 "Formula 1": Corc Rassellin Azərbaycan Qran-prisində liderliyi davam edir Bu gün, 15:48 Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik" Bu gün, 15:48 AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib Bu gün, 14:49 Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb Bu gün, 14:48 Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ Bu gün, 14:48 İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb Bu gün, 14:48 AIIF 2026-da SOCAR-ın müxtəlif şirkətlərlə imzaladığı bir sıra sənədlərin detalları açıqlanıb Bu gün, 14:48 Lekler: Azərbaycan Qran-prisində çətin yarışa hazıram Bu gün, 14:48 AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb Bu gün, 14:48 "Kara Haydar"ın maşınlarından dəstə-dəstə pullar çıxdı Bu gün, 14:48 "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq Bu gün, 14:48 Masazırda bu səbəbdən saatlardır işıq yoxdur Bu gün, 14:48 Prezidentin köməkçisi: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq" Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR