
Türkiyənin Adana şəhərinin Ceyhan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.
“AVESTA.AZ” DHA-ya istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin toqquşması nəticəsində 9 nəfər yaralanıb.
Bildirilib ki, zərbənin gücündən işçiləri daşıyan mikroavtobus aşıb. Yaralanan sərnişinlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.