
"İçərişəhər"də avtomobili park edən bloger Şükran Sultanov tariflərdən narazıdır.
BAKU.WS xəbər verir ki, bloger bu barədə özü paylaşım edib.
Onun sözlərinə görə, İçərişəhərdə avtomobilini 6 saat 5 dəqiqə park edib və sonda ona 33 manat borc ödənişi gəlib.
Bloger bu qədər pulun parkinq üçün xeyli çox olduğunu vurğulayıb.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində avtomobillərin parklanma tarifləri ilə bağlı quruma müraciət etdik. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.