Bu gün, 14:48 64

XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Bu barədə AVESTA.AZ-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan-Almaniya münasibətlərinin cari vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Gələn il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi məmnunluqla xatırlanaraq, iki ölkənin liderləri səviyyəsində təmasların mövcud strateji tərəfdaşlıq gündəliyinin formalaşdırılmasında müstəsna rolu vurğulanıb.

Siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ölkələrimiz arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ikitərəfli gündəliyin aktual məsələlərinin nəzərdən keçirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

İqtisadi əməkdaşlığın münasibətlərin əsas istiqamətlərindən biri olduğuna diqqət çəkilib, ticarət dövriyyəsinin artım dinamikası, Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, investisiya imkanları və biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın, o cümlədən Azərbaycanın Almaniyaya qaz ixracına başlamasının münasibətlərdə yeni mərhələ açdığı qeyd edilib. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və texnologiyalar sahələrində əməkdaşlıq perspektivlərinə toxunulub.

Azərbaycan ilə Almaniya arasında həm sərnişin, həm də yük daşımaları məqsədilə uçuşların və onların təyinat məntəqələrinin sayının artırılması imkanları nəzərdən keçirilib.

Almaniya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlardan faydalanmağa, habelə işğaldan azad edilmiş ərazilərdəki bərpa və yenidənqurma layihələrində iştiraka dəvət edilib.

Humanitar sahədə əlaqələrin, xüsusilə təhsil, elm, mədəniyyət, turizm və regionlararası əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində roluna toxunulub.

Almaniyanın ali təhsil müəssisələrində çox sayda azərbaycanlı tələbənin təhsil alması məmnunluqla qeyd olunub, ali məktəblər, o cümlədən texniki təhsil ocaqları arasında mübadilələrin genişləndirilməsi, Azərbaycanda alman dilinin tədrisi imkanlarının artırılması və eləcə də Azərbaycan-Almaniya Universitetinin təsisi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda tarixən mövcud olmuş alman icmalarının irsinin ikitərəfli münasibətlərin mühüm mədəni bağlarından biri olduğu qeyd edilib.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə həmkarına məlumat verib.

Nazirlər tərəfindən Şərqi Avropa və Yaxın Şərq regionlarında davam edən münaqişələrin siyasi dialoq və diplomatik danışıqlar yolu ilə həllinin vacibliyinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında geniştərkibli görüş keçirilib.

AVESTA.AZ xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, həmçinin əsas regional və beynəlxalq hadisələr barədə hərtərəfli müzakirələr aparıblar.

Azərbaycan və Almaniya 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə yaxınlaşdığı bir vaxtda nazirlər qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiq ediblər.

Bildirilib ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəlik münasibətlərimizin irəliyə aparılması üçün mühüm çərçivə təmin edir.

Nazirlər iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiklərini bir daha vurğulayıblar. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 1,4 milyard ABŞ dollarına çatması vurğulanıb və qeyd olunub ki, 2026-cı ilin yanvarından Azərbaycanın Almaniyaya qaz ixracına başlaması fonunda ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur.

Onlar bildiriblər ki, 2026-cı ilin iyulunda Azərbaycan-Almaniya İşgüzar Şurasının yaradılması da hər iki ölkənin iş adamları icmalarının cəlb edilməsi üçün yeni platforma təmin edir.

C.Bayramov Orta Dəhlizin inkişafı, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və inkişaf layihələrində alman şirkətləri üçün mövcud imkanları vurğulayıb.

Nazirlər regional hadisələr, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. C.Bayramov həmkarını işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma səyləri, keçmiş məcburi köçkünlərin geri qayıtması və minaların yaratdığı davam edən problemlər barədə məlumatlandırıb.

Nazirlər təhsil, mədəniyyət və elm vasitəsilə insanlararası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında təkbətək görüş başlayıb.

AVESTA.AZ xəbər verir ki, görüş Azərbaycan Xarici İşlər Nazirliyində baş tutur.

Paylaş

Xəbər lenti

Arda Gülər "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzatdı Bu gün, 15:49 Bakıdan sonra bu şəhərlərdə də binalar sökülə bilər - Kompensasiya MƏBLƏĞLƏRİ Bu gün, 15:49 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib Bu gün, 15:48 Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi - Hesablama Palatası Bu gün, 15:48 "Çocuklar Duymasın"ın aktrisası evini 85 milyona satdı Bu gün, 15:48 Aydın Balayevin "Azərbaycan türkləri" kitabı Azərbaycan dilində işıq üzü görüb Bu gün, 15:48 Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyev Latviya Prezidentini təbrik edib Bu gün, 15:48 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 Azərbaycan Avropaya "yaşıl enerji" satacaq: 4 ölkə arasında TARİXİ SAZİŞ Bu gün, 15:48 Zəngli saatı 5 dəqiqə təxirə salmaq ziyan imiş - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 "Alkhara" brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada Bu gün, 14:48 Nazir: "İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" Bu gün, 14:48 Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib Bu gün, 14:48 23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanlı aparıcıya vəzifə verildi Bu gün, 14:48 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO Bu gün, 14:48 XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib Bu gün, 14:48 Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi Bu gün, 14:48 Dövlət komitəsi sədrinin müavinlərinin sayı artırıldı - Fərman Bu gün, 14:48 PSJ-nin qapıçısı 2026-cı ilin ən yaxşı qolkiperləri siyahısına düşdü Bu gün, 14:48 Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb Bu gün, 13:48 Samuxda dəhşətli qəza - Sürücü öldü, sərnişin ağır yaralandı Bu gün, 13:48 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı Bu gün, 13:48 Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir Bu gün, 13:48 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar Bu gün, 13:48 Arıqlama iynələrini qəfil dayandıran iki nəfər psixoz səbəbindən xəstəxanaya yerləşdirilib Bu gün, 13:48 "Human" 2026-cı ilin sözü seçildi: Süni intellekt insan anlayışını dəyişir Bu gün, 13:48 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi Bu gün, 12:48 Bəzi cərimələr 150 faiz artılır Bu gün, 12:48 Toy üçün qızl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Qiymətlər ucuzlaşdı... Bu gün, 12:48 Azərbaycan-Almaniya universiteti yaradıla bilər Bu gün, 12:48 8 Noyabr prospektində işlər başa çatır Bu gün, 12:48 Restoran və kafelərə vergi güzəşti ediləcək - Yeni qərar Bu gün, 12:48 Evini kirayə verənlər üçün yeni qayda - Vergidə güzəşt olacaq Bu gün, 12:48 Ramiz Mehdiyevin qızının vəkilinin işi: "General qohumu" adı ilə 70 min manatlıq hədə-qorxu Bu gün, 12:48 Taksi sürücüləri üçün vergi qaydası dəyişir Bu gün, 12:48 Gözəlləşmək üçün Amerikadan Türkiyəyə gedən fenomenin SON HALI Bu gün, 12:48 Naxçıvana yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir Bu gün, 12:48 Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - Parlament ilk oxunuşda qəbul etdi Bu gün, 12:48 Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb Bu gün, 11:48 BAKU TV RU-nun beş yaşı tamam olur Bu gün, 11:48 Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası Bu gün, 11:48 Putin və Si Cinpin görüşüb Bu gün, 11:48 Rumıniyada 5,3 maqnitudalı zəlzələ baş verib: İstanbulda da hiss olunub Bu gün, 11:48 Rəşid Mahmudov: "37 ildir çörək yemirəm" Bu gün, 11:48 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR