
Oğuzda polisin keçirdiyi profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücü İ.Məmmədov saxlanılıb.
BAKU.WS xəbər verir ki, o, idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.