
Türkiyədə noyabrın 21-də gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı 24 vilayətdə sarı kodlu xəbərdarlıq elan edilib.
AVESTA.AZ xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsinin proqnozuna əsasən, bir sıra bölgələrdə güclü yağış, şimşək və fırtına müşahidə olunacaq. Xəbərdarlıq yayılan ərazilər arasında İstanbul da yer alıb.
Şərqi Qara dəniz və Şərqi Anadolu bölgələrinin 2 000 metrdən yüksək dağlıq ərazilərində yağıntıların sulu qar və qar şəklində düşəcəyi gözlənilir.
Mütəxəssislər güclü yağıntıların səbəb ola biləcəyi sel, subasma, torpaq sürüşməsi, ildırım və küləklə bağlı təhlükələrə qarşı sakinləri diqqətli olmağa çağırıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.