
Braziliyada güclü qasırğa nəticəsində 3 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.
Təbii fəlakət ölkənin cənubunda, Rio-Qrande-du-Sul ştatının Tupansiretan bələdiyyəsində baş verib. Yerli Mülki Müdafiə Xidmətinin məlumatına görə, qasırğa nəticəsində təxminən 8 min yaşayış binasına ziyan dəyib. Küləyin sürəti saatda 114 kilometrə çatıb.
Güclü külək yerli xəstəxananın damını uçurub, ətrafdakı ağacları aşırıb. Xəstəxanaya girişin çətinləşməsi səbəbindən 11 xəstə qonşu bələdiyyələrdəki tibb müəssisələrinə təxliyə edilib.
Qasırğa nəticəsində şəhərdə elektrik və su təchizatı, həmçinin telefon və internet əlaqəsi də kəsilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.