9-02-2023, 09:51 559

Abşeron Milli Parkının direktoru:

Azərbaycanın ən ecazkar dəniz mənzərəsinə açılan nöqtəsində, maraqlı təbiət gözəllikləri fonunda – Şah Dili burnunda yerləşən Abşeron Milli Parkının yaranmasının bu gün 18-ci ili tamam olur. Park ölkə Prezidentinin sərəncamı ilə 2005-ci il fevralın 8-də yaradılıb.

Milli parkın əhəmiyyəti və mövcud potensialı barədə "AVESTA.AZ"un suallarını parkın direktoru Etibar İbrahimov cavablandırıb:

- Abşeron Milli Parkı coğrafi mövqeyinə görə olduqca unikaldır...

- Parkın ərazisini əhatə edən Şah Dili burnu Abşeron yarımadasının cənub-şərq qurtaracağında yerləşir. Müqayisə üçün belə bir xarakteristika da vermək olar ki, əgər Portuqaliyada yerləşən Roka burnu Avrasiya materikinin ən ucqar qərb nöqtəsidirsə, Şahdili burnu isə materikin ən ucqar şərq nöqtəsidir. Daha bir maraq doğuran özəllik odur ki, Xəzər dənizində min illər ərzində baş verən su səviyyəsinin tərəddüdlərinə baxmayaraq Şah Dili burnunun relyefi dəyişmir, ölkəmizin xəritəsində məcazi olaraq qartalın dimdiyi formasını saxlayır.

- Yəqin ki, təbiətin mühafizəsi sahəsində də parkın ərazisi əhəmiyyət kəsb edir...

- Əlbəttə. Parkın yerləşdiyi bölgə, ölkə üzrə əhalinin daha çox məskunlaşması və iqtisadiyyatın inkişaf tempinin yüksək olması səbəbindən təbiətimiz və biomüxtəliflik üçün daha həssasdır. Ona görə də bölgənin bioloji müxtəlifliyinin qorunması istiqamətində parkın önəmi olduqca qiymətlidir. Burada Abşeron yarımadasına xas olan endemik bitki növləri, ornitofauna qorunur, müşahidə altında saxlanılır. Abşeron Milli Parkı həm də köçəri quşların miqrasiya marşrutunun üzərində yerləşir. Hər il qış köçü dövründə burada yüzlərlə quş növü müşahidə olunur. Flaminqo kimi nadir quş növünün də hər il ərazidə toplaşması milli parkın önəmini daha da artırır. Bu xüsusiyyətlər Abşeron Milli Parkının ekoturizm potensialını təşkil edir.

- Deməli turizm potensialı da özünəməxsusdur?

- Bəli, parkın çox fərqli turizm imkanları var. Turistlərə dünya xəritəsində mövcud olan burun landşaftına malik az sayda coğrafi ərazilərdən birinə və Abşeron yarımadasının cənub-şərq qurtaracağına – Şah Dili burnuna səyahət fürsəti, o cümlədən Xəzər sahillərində ən təmiz, oksigenlə zəngin hava şəraitindən yararlanmaq təklif olunur. Eyni zamanda ziyarətçilər mövsümi olaraq müxtəlif quş növlərini, xüsusilə təbiət gözəli flaminqoları müşahidə etmək imkanına malikdir. Parkda həm də sağlam həyat tərzini təşviq edən fəaliyyətlər, bir sıra ekosistem xidmətləri də mövcuddur.

- Milli Parkda ziyarətçilər üçün hansı xidmətlər və fəaliyyətlər təklif olunur?

- 2022-ci ilin avqust ayından nazirliyin təşəbbüsü ilə parkın daxili yolu təmir olunaraq abadlaşdırılıb, yeni velosiped zolağı istifadəyə verilib. Artıq turistlər bir istiqamətə 6-8 km məsafədə velosiped sürə, təklif olunan elektroskuter xidmətindən yararlana bilərlər. Dəniz kənarı ilə uzun məsafədə piyada hərəkət və piknik köşklərindən istifadə üçün də seçimlər mövcuddur. Parkda "Sevgi qapısı və dilək ağacı" adlandırılan kompozisiya da var. Bura ruhun qidalanması üçün insanları niyyət təsəvvürlərinin rəmzi olaraq gerçəkləşməsi inamına motivasiya edən məkandır.

Bu ilin mart ayının əvvəlindən başlayaraq ziyarətçilərə parkda daha səmərəli vaxt keçirmələri üçün yeni fəaliyyətlər - dəniz kənarında at və faytonla gəzinti, ox və nizə atma guşəsi, "Özün düzəlt" layihəsi ilə saxsı qabların hazırlanması, Ebru art stilində rəsmlərin çəkilməsi, qısa məsafəli hava uçuşlarından istifadə kimi bir sıra xidmətlərin təklif olunması nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır Bu gün, 18:48 Bu qida allergiya riskini azaldır Bu gün, 18:48 Sumqayıt sakinlərinin NƏZƏRİNƏ - Sabah gün ərzində... Bu gün, 18:48 "Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxundu Bu gün, 18:48 Bu rayonda 1, 2 və 3 otaqlı mənzillər pulsuz veriləcək Bu gün, 18:48 Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq Bu gün, 18:48 Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı Bu gün, 18:48 "Prezident Kuboku 2026": İkinci yarış gününün qalibləri mükafatlandırılıb Bu gün, 17:48 Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü Bu gün, 17:48 Əməkdar artistin səhhətində problem yaranıb: "İnsult keçirdim, 2 dəfə onurğadan əməliyyat olundum" Bu gün, 17:48 Çörək bahalaşacaq? - Agentlik RƏSMƏN açıqladı Bu gün, 17:48 Polisin saxladığı makler 4 aylıq - Həbs edildi Bu gün, 17:48 Şarliz Teronun radikal qərarı hamını təəccübləndirdi Bu gün, 17:48 Küçə rəssamı Benksinin imzası olan heykəl tapıldı Bu gün, 17:48 Karyerasını tez bitirən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI Bu gün, 17:48 Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım" Bu gün, 17:48 Övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI Bu gün, 16:49 AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu Bu gün, 16:49 Qətnamə böhranı: Ermənistan mövzusu Avroparlamenti necə tərəf edir? Bu gün, 16:48 Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin vəziyyəti ağırdır Bu gün, 16:48 Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb Bu gün, 16:48 Diplom tanıtmaq, ucuz mənzil vədi ilə 400 minlik dələduzluq - Nazirliyin sabiq ekspertinin məhkəməsi Bu gün, 16:48 Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı Bu gün, 16:48 Məşhur müğənninin adı bu səbəbdən Çelik olub Bu gün, 16:48 Məşhur brendin 800 dollarlıq yeni ayaqqabıları LAĞA QOYULDU Bu gün, 16:48 Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48 Ukraynanın İrpen şəhər Şurası Prezident İlham Əliyevi fəxri vətəndaş elan edib Bu gün, 16:48 Lətif Kərimovun 120 illiyi qeyd ediləcək Bu gün, 16:48 İlkin Dövlətov bu səbəbdən xarici görünüşünü dəyişəcək Bu gün, 15:48 İranlı diplomat: "ABŞ İranla müharibədə uduzdu" Bu gün, 15:48 Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan yük qatarı Biləcəridən yola düşüb Bu gün, 15:48 Qonşu ölkədən təhsil adı ilə işləməyə gələnlərə SƏRT CƏZA Bu gün, 15:48 Masazır sakinlərini SEVİDNİRƏCƏK XƏBƏR Bu gün, 15:48 Bu ərazidə qazlar kəsiləcək Bu gün, 15:48 I sinfə qəbul prosesi başlayır - TARİX AÇIQLANDI Bu gün, 15:48 Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş - Hər ikisi oğurluq edib Bu gün, 15:48 Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var Bu gün, 15:48 Xaçmazda bir gündə iki "Prius" qatarla toqquşdu Bu gün, 15:48 Mabel Matiz 3 ilə qədər həbs oluna bilər - SƏBƏB... Bu gün, 15:48 Prezidentin nümayəndəsi: "Corcia Meloninin Azərbaycana səfəri Bakı-Roma münasibətlərində əlavə əhəmiyyət kəsb edir" Bu gün, 15:48 Emin Əmrullayev: Uşaqların imtahan nəticəsi qədər onların tərbiyəsi də diqqət mərkəzində olmalıdır Bu gün, 15:48 "Survivor"da QALMAQAL - Yanlış montaj səbəbindən söyüş efirə getdi Bu gün, 14:48 Ancelina Colidən danışan qızı: "O, mənim üçün ilham mənbəyidir" Bu gün, 14:48 Can Yaman dəyişib belə oldu Bu gün, 14:48 "Ağlayan gəlin" gülünü qoparan 700 min cərimələnir Bu gün, 14:48 Qubada WUF13 Festivalı başlayıb Bu gün, 14:48 Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik Bu gün, 14:48 Sabah saat 10:00-dan bu küçələrdə WUF13-ə görə MƏHDUDİYYƏTLƏR OLACAQ Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR