
Bu gün Türkiyənin Batman şəhərində Qarabağ parkının açılışı mərasimi keçiriləcək.
Avesta xəbər verir ki, yeni yaradılan parkın ümumi sahəsi 15 397 kvadrat metrdir
Parkda uşaqlar üçün oyun meydançası, hovuz var. Parkda, həmçinin sərgi yerləri ilə yanaşı Azərbaycanın yeddi məşhur incəsənət ustalarının əsərləri də yer alacaq.
“Azərbaycan mədəniyyətinin izlərini özündə əks etdirən Qarabağ parkı Batmanın təbiəti, qardaşlığı və incəsənəti bir yerə gətirəcək yeni görüş yeri olmağa hazırdır”, - deyə parkın açılışı ilə bağlı video çarxda bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.