
Bakının Sabunçu rayonunda 21 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin 2002-ci il təvəllüdlü Sadığova Tutu Araz qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.