26-02-2023, 10:30 643

İşğaldan azad olunmuş ərazilərdə sosial-məişət şəraiti necədir? - AĞDAMDAN REPORTAJ

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Ağdam rayonunda yerləşən bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yoxlanılması üçün mediatur təşkil edilib.

"AVESTA.AZ"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində KİV nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər.

Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar.

Media nümayəndələrinə bildirilib ki, 44 günlük Vətən müharibəsindən cəmi 3 ilə yaxın keçməsinə baxmayaraq, xidmət edilən ərazilərdə hərbçilərin normal xidmət etməsi üçün lazım olan bütün şərait yaradılıb və bu işlər planlı şəkildə davam edir.

Belə ki, hərbi hissənin yerləşmə məntəqəsində əsgər yataqxanası, zabitlər və gizirlər otağı, tibb məntəqəsi, yeməkxana, camaşırxana, mətbəx, silah otağı, hamam-sanitar qovşaq, qurutma otağı, ərzaq və əşya anbarları, həyətdə qazanxana və generator yaradılıb.

Yerləşmə məntəqəsi lazımi inventar və avadanlıqlarla, mebel, yataq ilə təchiz edilib. Burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparmaları üçün hər cür şərait var.

Bildirilib ki, yüksək dağ rayonlarının ərazisində yerləşən hərbi hissələrin - əməliyyat (Komando) bölmələrinin ərzaq təminatı "Ümumqoşun ərzaq payı" normasından "Xüsusi təyinatlı qüvvələrin ərzaq payı" normalarına keçirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Allahşükür Şahbazov da hazırda Ağdam rayonunun "N" saylı hərbi hissəsində xidmət edir. O, Ağdamda şəxsi heyətə yüksək səviyyədə şərait yaradıldığını vurğulayıb:

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və sərkərdəlik qabiliyyəti nəticəsində üç il bundan öncə Azərbaycan Ordusu Ağdam şəhərinə daxil oldu. Mən 10 ildən artıqdır ki, döyüş postunda xidmət edirəm. Bölmə komandiri olaraq torpaqlarımızı yağılardan qorumaqdan böyük sevinc ola bilməz. Ağdamın azadlığından sonra Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində şəxsi heyətimiz üçün yeni modul tipli yataqxanalar tikildi. Bununla da şəxsi heyətimizin mənəvi-psixoloji vəziyyəti və məişət şəraiti yaxşılaşdırıldı. Ordumuzun şəxsi heyəti Aprel döyüşləri, Tovuz hadisələri, Vətən müharibəsi, "Qisas" əməliyyatı, həmçinin sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinə qarşı görülən qətiyyətli cavab tədbirlərində əldə təcrübələrdən, eləcə də müasir döyüş üsul və vasitələrindən istifadə edərək peşəkarlığını daha da təkmilləşdirib".

Azərbaycan ordusunun əsgəri Rüstəm Rüstəmov Ağdamda xidmət edən hərbi qulluqçularımızdan biridir. O, xidməti ilə fəxr etdiyini deyib:

"Artıq 8 aydır ki, Ağdamda xidmət edirəm. İşğaldan azad olunmuş torpaqda xidmət etmək mənimçün xüsusi əhəmiyyət kəsb edir. Bizim üçün lazım olan bütün şəraitlər yaradılıb. Qalib ordunun qalib əsgəri olmaqdan qürur duyuram. Ölkə rəhbərliyin hər dəqiqə orduya göstərdiyi diqqət, qayğı nəticəsində təminatımız yüksək səviyyədə təmin edilib. Hava şəraitinin soyuq olması xidmətə heç bir təsir etmir. Şəxsi heyət də bütün tapşırıqları yerinə yetirməyə hər zaman hazırdır”.

Hərbi hissənin yerləşmə məntəqəsində olarkən əsgərlərdən birinin - Əli Novruzovun doğum günü qeyd edilirdi. Əli uşaq evində böyüyüb və onun birgə doğum gününü qeyd etmək hər birimiz üçün olduqca maraqlı oldu. Əsgərə doğum günü və nümunəvi xidməti münasibətilə müdafiə nazirinin hədiyyəsi təqdim edildi. Əlinin timsalında əsgərlərimiz üçün qurban kəsildi və xüsusi tort kəsilmə mərasimi də baş tutdu:

"Bu gün 19 yaşım tamam olur. 6 yaşımdan 3 saylı Uşaq evində böyümüşəm. 11 ayın əsgəriyəm. Ağdamda xidmət etdiyimə görə fəxr edirəm. Sözün düzü, mənim üçün sürpriz oldu. Heç vaxt bu cür ad günüm qeyd edilməmişdi. Tamamilə fərqli bir hisslər yaşadım. Zəhməti keçən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm".

Daha sonra jurnalistlər hərbçilərimizin döyüş məşğələləri ilə tanış olub. Əsgərlər rabitə hazırlığı, mühəndis-istehkam hazırlığı, atəş hazırlığı və artilleriya üzrə təlim nöqtələrində peşəkarlıq səviyyəsini, döyüşə hazırolma vərdişlərini təkmilləşdirirdilər.

Paylaş

Xəbər lenti

İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48 Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb Bu gün, 10:48 "İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu Bu gün, 10:48 İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib Bu gün, 09:48 Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat Bu gün, 09:48 Aeroport yolunda zəncirvari qəza Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur Bu gün, 09:48 İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib Bu gün, 00:48 SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib Bu gün, 00:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb Dünən, 23:48 Ağdama həsr olunan klip yayımlanıb Dünən, 23:48 İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar Dünən, 23:48 Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar Dünən, 23:48 Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir Dünən, 22:48 Sevinc Maniyeva vəfat etdi Dünən, 22:48 Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb Dünən, 22:48 Bakıda "Lipid Məktəbi" keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib Dünən, 22:48 Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil Dünən, 22:48 Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb Dünən, 22:48 Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub Dünən, 22:48 Makoley Kalkin yenidən "Evdə tək" filmində çəkiləcək Dünən, 22:48 Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb Dünən, 22:48 Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur" Dünən, 22:48 "Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı Dünən, 20:48 İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb Dünən, 20:48 Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək Dünən, 20:48 Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı Dünən, 20:48 Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib Dünən, 19:48 Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı - Rəsmi Dünən, 19:48 Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Dünən, 19:48 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib Dünən, 19:48 Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır Dünən, 19:48 Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib Dünən, 19:48 İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Dünən, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Dünən, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR