
İndoneziyanın şimalında baş verən torpaq sürüşmələri nəticəsində azı 15 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə İndoneziyanın “Detik” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, daha 80-ə yaxın insan itkin düşüb.
Ölkənin şimal hissəsindəki Riau adalarında güclü leysan yağışları nəticəsində silsilə sürüşmə baş verib. Hazırda əlverişsiz hava şəraiti ilə çətinləşən axtarış-xilasetmə işləri davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.