8-03-2023, 20:36 605

Azad edilən ərazilərdə dislokasiya olunan bölmələrdən FOTOREPORTAJ

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Füzuli rayonunda yerləşən bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə mediatur həyata keçirilib.

"Report"un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində jurnalistlər azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər.

Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar.

Mətbuat işçilərinə bildirilib ki, İkinci Qarabağ müharibəsindən keçən 3 ilə yaxın müddət ərzində ərazidə hərbçilərin lazımi qaydada xidmət keçməsi üçün bütün zəruri şərait yaradılıb.

Biz bunu hərbi hissədə olarkən də gördük. N saylı hərbi hissədə məişət şəraiti yüksək səviyyədədir. İdman zalı, məişət otağı, əşya otağı, silah saxlanma anbarı müasir standartlara cavab verir. Bölüyün idman nəticələri ilə tanış olmağa da fürsət tapdıq. Məlum oldu ki, ayrı-ayrı idmançılar müxtəlif daxili turnirlərdə, o cümlədən kəndirə dırmanmada, turnikdən dartınmada, 100 metr məsafəyə sürətli qaçışda uğurlu nəticələr göstərirlər. Bunun əsas səbəblərindən biri isə hərbi hissənin idman zalında yaradılan şəraitdir.

Biz burada olarkən hərbçilər müxtəlif idman alətləri ilə fiziki hazırlıqlarını artırırdılar. Kapitan Elmar Məmmədov dedi ki, hərbi qulluqçularda döyüş ovqatının qorunması üçün idman xüsusi əhəmiyyətə malikdir: “Əks halda verilən tapşırığı yerinə yetirə bilməzsən. Şübhəsiz ki, istənilən tapşırığı yerinə yetirmək üçün fiziki hazırlıq yüksək səviyyədə olmalıdır. Bunun üçün gündəlik məşqlər şərtdir. Hərbi qulluqçularımız burada həm sərbəst, həm də təlimatçıların rəhbərliyi ilə fiziki hazırlıqlarını artıra bilərlər”.

Jurnalistləri müşayiət edən hərbi ekspertlərdən biri - ehtiyatda olan polkovnik Zaur Yusifovun hərbi qulluqçularla söhbəti diqqətimi çəkir. O, əsgər və zabitlərə tövsiyə verir, təcrübəsini bölüşür.

Ardınca hərbi hissənin poliqonunda oluruq. Zabitlər əsgərlərə minanın zərərsizləşdirilməsi ilə bağlı təlim keçirlər. Onları izləyirik. Dərs bitəndən sonra bizi mövcud şəraitlə tanış edirlər. Məlum olur ki, burada döyüş növbətçiliyinin aparılması üçün bütün lazımi şərait, o cümlədən səngərlər var. Bildirilir ki, dairəvi üsulla inşa edilmiş səngərlər düşmənin ehtimal edilən təxribatlarının qarşısını almaq üçün nəzərdə tutulub.

Təxminən yarım saat poliqondakı şəraitlə tanış olduqdan sonra hərbçilərlə birlikdə nahar edirik. Hərbi hissə rəhbərliyi qadın hərbi qulluqçuları və mülki işçiləri 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirlər. Jurnalistlərin arasında bir nəfər xanım da var. Təşkilatçılar onu da unutmurlar, həmkarımıza gül və hədiyyə təqdim edirlər.

Poliqonda hərbi ekspert Zaur Yusifovla da söhbətə imkan tapırıq. O, yaradılan şəraitdən razılığını ifadə edir: “Qısa müddətdə bu cür hərbi hissənin inşası olduqca yaxşı haldır. Hərbi hissədə bütün lazımi şərait yaradılıb. Bir neçə hərbi qulluqçu ilə söhbət etdim. Onlarla təcrübəmi bölüşdüm”.

Bundan sonra döyüş meydançasına gedirik. Şərti düşmənin hədəflərinin məhv edilməsi və təxribatının qarşısının alınması əməliyyatına hazırlıq gedir. Komandirlər bizi əməliyyatın gedişatı barədə məlumatlandırır və təhlükəsizlik qaydalarını çatdırır. Sonra plana uyğun olaraq əvvəlcə tank bölmələri şərti hədəfə atəş açır, ardınca isə artilleriya tapşırıqları icra olunur.

Hər birimiz təlimi maraqla izləyirik. Qarşıya qoyulmuş tapşırığın peşəkarcasına yerinə yetirildiyini izlədikcə bir daha əmin olursan ki, Azərbaycan Silahlı Qüvvələri üçün mümkünsüz heç nə yoxdur. Biz bunu İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrdə dəfələrlə sübut etmişik.

Hərbi ekspert, ehtiyatda olan pokovnik Sahib Şahverdiyev bizə açıqlamasılnda təlimin yüksək səviyyədə keçirildiyini vurğuladı: “Təlimdə hərbi ədəbiyyatların tələblərindən istifadə olunması ilə yanaşı, eyni zamanda Vətən müharibəsindən əldə olunan təcrübə də tətbiq edildi. Əlbəttə, bu cür təlimlər döyüş qabilyyətinin qorunması baxımından müstəsna əhəmiyyətə malikdir”.

Növbəti istiqamət döyüş postları olur. Kələ-kötür yollarda irəliləyirik. Təxminən 10-15 dəqiqəyə posta çatırıq. Əsgər və zabitlər burada bizi səmimi qarşılayırlar. Hərbçilərimizlə söhbət edirik. Maşallah, gümrahdırlar. Çoxunun üzündə təbəssüm var.

Məlum olduğu kimi, Ermənistandan Xankəndiyə silah daşımağa cəhd edilib. Azərbaycan Ordusu bu hərbi təxribatın qarşısını uğurla almış, düşmənə yerini göstərmişdi. Əlbəttə, 44 günlük müharibədə parlaq qələbə qazanan, “Dəmir yumruğu” ermənilərin başına endirən ordu ilə fəxr etmək, qürur duymaq lazımdır.

Hərbi qulluqçular da bizimlə söhbətində bunu deyirlər. Əsgər Akif Məmmədov deyir ki, qalib ordunun əsgəri kimi özünü qürurlu hiss edir: “Günün 24 saatı düşmənlə üzbəüz xidmət edirik. Vətən sevgisi bizə güc verir. Torpaq uğrunda hər an döyüşə hazırıq”.

Əsgər Qiyas Manafov isə bildirdi ki, qarşı tərəfin bütün fəaliyyəti gün ərzində nəzarətdə saxlanılır: “Biz bununla fəxr edirik. Torpaqlarımızın keşiyini çəkmək fəxrdir. Yeri gəlmişkən, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci vitse- prezident Mehriban Əliyevanın timsalında bütün xanımlarımızı təbrik edirəm”.

Əsgər Taleh Zəkəriyyəyevin sözlərinə görə, çərin şəraitə rəğmən, xidmət uğurla davam edir: “Bəli, düşmənlə üzbəüz dayanmışıq. Onlar bizi görür, biz də onları. Amma xidmət etməkdən yorulmuruq. Çünki Vətən sevgisi hər şeydən üstündür”.

Buradan yenidən hərbi hissəyə gedir, hərbi qulluqçularla sağollaşırıq. Avtobuslara minir və İkinci Qarabağ müharibəsi zamanı ordumuzun azad etdiyi Zəfər yolu ilə geriyə, Bakıya qayıdırıq...

Paylaş

Xəbər lenti

İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48 Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb Bu gün, 10:48 "İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu Bu gün, 10:48 İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib Bu gün, 09:48 Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat Bu gün, 09:48 Aeroport yolunda zəncirvari qəza Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur Bu gün, 09:48 İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib Bu gün, 00:48 SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib Bu gün, 00:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb Dünən, 23:48 Ağdama həsr olunan klip yayımlanıb Dünən, 23:48 İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar Dünən, 23:48 Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar Dünən, 23:48 Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir Dünən, 22:48 Sevinc Maniyeva vəfat etdi Dünən, 22:48 Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb Dünən, 22:48 Bakıda "Lipid Məktəbi" keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib Dünən, 22:48 Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil Dünən, 22:48 Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb Dünən, 22:48 Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub Dünən, 22:48 Makoley Kalkin yenidən "Evdə tək" filmində çəkiləcək Dünən, 22:48 Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb Dünən, 22:48 Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur" Dünən, 22:48 "Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı Dünən, 20:48 İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb Dünən, 20:48 Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək Dünən, 20:48 Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı Dünən, 20:48 Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib Dünən, 19:48 Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı - Rəsmi Dünən, 19:48 Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Dünən, 19:48 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib Dünən, 19:48 Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır Dünən, 19:48 Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib Dünən, 19:48 İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Dünən, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Dünən, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR