
Şəmkir rayonun Könüllü kəndində minik avtomobili yük maşınınla toqquşub, 5 nəfər xəsarət alıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 1970-ci il təvəllüdlü Səidə Hüseynova, onun qızı 1998-ci il təvəllüdlü Pakizə Əhmədova və daha 3 nəfər xəsarət alıb.
Onlardan ikisi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına digərləri isə Gəncə şəhərində yerləşən hospitalların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.