
“İlk Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü müsəlmanlara qarşı nifrəti aradan qaldırmaq istiqamətində fəaliyyətə başlamağa çağırışdır".
“AVESTA.AZ” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tvitterdə yazıb.
O bildirib ki, dünya islamofobiyaya qarşı mübarizə aparmalıdır: “Biz bölücü qüvvələrə qarşı durmalıyıq”.
Qeyd edək ki, bu gün Bakıda islamofobiyaya dair beynəlxalq konfrans başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.