
ABŞ-ın, Viskonsin ştatının Miluoaki şəhərində 15 yaşlı yeniyetmə atışma nəticəsində ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə CNBC telekanalının yerli bölməsi məlumat yayıb.
“Miluoaki şəhərində atışma nəticəsində bir yeniyetmə ölüb, 5 qadın yaralanıb”, - xəbərdə deyilir.
Kanal bildirib ki, polis hazırda hadisənin başvermə şəraitini araşdırır və şübhəli şəxsləri axtarır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.