24-03-2023, 02:07 591

Azərbaycan modeli BMT-də Su Konfransında üzv dövlətlərə təqdim olunub

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Nyu-Yorkdakı qərargahında dövlət və hökumət nümayəndələri səviyyəsində keçirilən Su Konfransının plenar sessiyasında çıxış edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, nazir çıxışında Azərbaycanda su ehtiyatlarının qorunması üçün atılan addımlardan bəhs edib:

“400-dən çox şirin su gölü və 8 000 çayı olan Azərbaycan su ehtiyatlarının qorunmasına xüsusi önəm verir. Azərbaycanın coğrafi mövqeyi və müxtəlif iqlimi ölkənin su ehtiyatlarını iqlim dəyişikliyinə və ətraf mühitin digər təsirlərinə qarşı son dərəcə həssas edir, Azərbaycan ərazisi üzrə su ehtiyatlarının qeyri-bərabər paylanmasından ölkə xüsusilə təsirlənir. Su təchizatımızın 70 %-dən çoxu sərhədlərdən kənar mənbələrdən gəlir. İqlim dəyişikliyinin su ehtiyatlarına mənfi təsirləri ilə yanaşı, Azərbaycan transsərhəd suların idarəedilməsi və çirklənmə ilə bağlı problemlərlə üzləşir və bu məqsədlə ölkəmiz öz ərazisindən axan transsərhəd çaylarda çirklənmə səviyyəsini və bununla bağlı təsirləri mütəmadi olaraq monitorinq edir”.

Nazir əlavə edib ki, Azərbaycan BMT-nin müvafiq razılaşmalarını, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının həyata keçirilməsi üçün beynəlxalq tərəfdaşlarla işi davam etdirir: “Təəssüf ki, regionun əksər ölkələri hələ də Su Konvensiyasına qoşulmayıb, bu da transsərhəd çayların davamlı idarə olunması üçün əməkdaşlıq imkanlarını məhdudlaşdırır. Transsərhəd su ehtiyatlarının səmərəli idarə olunmasını təmin etmək və su qıtlığının qarşısını almaq məqsədilə Azərbaycan öz milli su siyasətini formalaşdırmışdır. Bundan başqa, hazırda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq su-iqlim siyasətinə inteqrasiyalı yanaşmaya əsaslanan Milli Su Strategiyası hazırlanır. Azad edilmiş ərazilərin bərpasında DİM-lərin potensialından istifadə etmək hazırda Azərbaycan hökuməti üçün prioritet istiqamətlərdən biridir. Bu kontekstdə biz məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün ekoloji riskləri, o cümlədən su ehtiyatları ilə bağlı riskləri aradan qaldırmaq üçün BMT-nin müvafiq qurumları ilə fəal işləyirik. Ötən il Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndində keçirilən "Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi" mövzusunda beynəlxalq konfransı xüsusi qeyd etmək istərdim. Həmin ərazidə məcburi köçkünlərin 30 ildən sonra geri qayıtdıqları ilk kənd salınıb. Bundan əlavə, işğaldan azad edilmiş Ağdam rayonunda Azərbaycan və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında bu yaxınlarda növbəti "İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr"imizi keçirmişik. Bütün bunlar BMT ilə Azərbaycan arasında sıx əməkdaşlığı bir daha təsdiqlədi. Su bu mühüm tədbirin əsas prioritet, gündəm məsələlərindən biri idi".

M.Babayev çıxışında xüsusilə qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələrə davamlılığı təmin etmək üçün Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin yaradılması üzrə milli layihələr hazırlanıb və bu layihə sadəcə ölkəmizə deyil, dünya ölkələrinə də töhfə verəcək: “Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli koordinasiya və əməkdaşlıq imkanlarını alqışlayır. Təhlükəli hidrometeoroloji hadisələrə davamlılığı təmin etmək üçün Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin yaradılması üzrə milli layihələr hazırlanır. Bundan əlavə, avtomatlaşdırılmış müşahidə sistemlərinin yaradılması hesabına hidroloji müşahidələrin müasirləşdirilməsi təmin edilir. Azərbaycan "Elektron su təsərrüfatı" informasiya sistemi vasitəsilə su ehtiyatlarının monitorinqi və idarə olunması üçün lazımi potensial yaradıb”.

Paylaş

Xəbər lenti

Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR