
Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "AVESTA.AZ"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.