31-03-2023, 14:56 772

Aprel ayına olan hava proqnozu açıqlanıb

Aprel ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “AVESTA.AZ”a verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Aprel ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 23-33 mm).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-59 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 6-10 dərəcə isti gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 54-83 mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-54 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 29-126 mm).

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 30-49 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, bəzi günlərdə dağlarda 0-2 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).

Paylaş

Xəbər lenti

"ChatGPT", "Claude" və "Grok"un işində problemlər yaşanır Bu gün, 20:48 Bakıda güclü yanğın - Sakinlər qatı dumandan narahatdır Bu gün, 20:48 Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb Bu gün, 20:48 Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı Bu gün, 20:48 Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb Bu gün, 20:48 Tramp: ABŞ qeyri-məhdud sursat ehtiyatlarına malikdir Bu gün, 20:48 Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub Bu gün, 19:48 İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub Bu gün, 19:48 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib Bu gün, 19:48 Sabah 44 yaşayış məntəqəsində işıq olmayacaq Bu gün, 19:48 Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK Bu gün, 19:48 Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub Bu gün, 18:48 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək Bu gün, 18:48 Ağcabədidə nöqsanlar aşkarlanan pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 ING: Azərbaycan CIS-4 ölkələri arasında ən dayanıqlı makroiqtisadi nəticələr göstərir Bu gün, 18:48 Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDILAR - Polisdən daha bir uğurlu əməliyyat Bu gün, 18:48 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ Bu gün, 18:48 Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Bu gün, 18:48 Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi Bu gün, 17:48 Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında Bu gün, 17:48 ABŞ-da 104 illik market şəbəkəsi 60 mağazanı bağlayır Bu gün, 17:48 İranda ABŞ-nin hücumu nəticəsində 6 hərbçi öldürülüb Bu gün, 17:48 Hakim vətəndaşın evini əlindən alır? - "10 gün vaxt verib ki, buranı boşaldın" Bu gün, 17:48 Trablusda neft çənlərinə PUA ilə hücum edildi Bu gün, 17:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib Bu gün, 17:48 Vahid məktəbli kitabçası niyə yoxdur? "Valideynlərə də zərərdir, bizə də, tullayırıq" Bu gün, 17:48 Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub Bu gün, 16:48 Həyat yoldaşını avtomobildən düşürən sürücüyə "qab yuma" tapşırığı verildi Bu gün, 16:48 Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır Bu gün, 16:48 Bişkekdə qapalı qapılar arxasında Putinlə Paşinyan arasında nə baş verdi? Bu gün, 16:48 Avqustda 70 aptekdə yoxlama aparılıb – 19-da nöqsan aşkarlanıb Bu gün, 16:48 76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər Bu gün, 16:48 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ Bu gün, 16:48 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi Bu gün, 16:48 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 16:48 Kadi 3 oyunluq cəzalandırılıb - SƏBƏB Bu gün, 16:48 Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub Bu gün, 15:48 "Formula 1"ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək Bu gün, 15:48 Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü Bu gün, 15:48 Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər Bu gün, 15:48 Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib Bu gün, 15:48 Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb Bu gün, 15:48 Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? Bu gün, 15:48 Malların gömrükdə bəyan edilməsi ilə bağlı yeni qayda qüvvəyə minir Bu gün, 15:48 Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib Bu gün, 14:48 Bakıda bu yolda nişan sürücülərin CƏRİMƏLƏNMƏSİNƏ səbəb olur Bu gün, 14:48 "SOCAR Green": BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək Bu gün, 14:48 Orxan Həsənoğlu: Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları üçün cinayət tərkibli materiallar yoxdur Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR