
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, 1973-cü il təvəllüdlü Dədəliyev Eldəniz Qafar oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Ağır bədən xəsarətləri alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi və müştərək travma diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.