
Qobustan rayonunun Ərəbqədim kəndində 10 baş inəyi elektrik cərəyanı vuraraq öldürüb.
"AVESTA.AZ"un Yuxarı Şirvan bürosu xəbər verir ki, külək nəticəsində elektrik naqilləri qırılaraq yerə düşüb.
Kənd sakinlərinə məxsus iri buynuzlu heyvanlar ərazidən keçəndə cərəyan vurub.
Nəticədə 10 baş inək tələf olub.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.