
Aprelin 23-də saat 01 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-ci il təvəllüdlü Vüsal İlham oğlu İlhamlının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Rüfət Kərim oğlu Əlizadə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.