
Türkiyə vətəndaşları Sudandan təxliyə olunublar.
Bu barədə “AVESTA.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin vətəndaşı 167 vətəndaşı Sudandan təxliyə olunub. Xartumda otelə toplaşan Türkiyə vətəndaşları avtobuslarla Efiopiyaya gətirilib. Oradan "Türk Hava Yolları"na (THY) məxsus "Boeing 777" tipli təyyarə İstanbul Hava Limanına eniş edib.
Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə ilə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Cümə günü hər iki tərəf Ramazan bayramı münasibətilə atəşkəs elan edib.
Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.