
Sumqayıtın Çerkası küçəsində avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un yerli bürosunun məlumatına görə, 12-ci mikrorayon sakini, 2006-cı il təvəllüdlü Ceyhun Cavadovu "VAZ-2107" markalı avtomobil vurub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisəni törədən sürücü qəza yerindən yayınıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.