
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətində güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində son sutkada azı 176 nəfər ölüb.
“AVESTA.AZ” ə istinadən xəbər verir ki, bu barədə cümə günü əyalət qubernatoru Teo Nqvabice Kasi məlumat verib.
“Ölənlərlə yanaşı, itkin düşənlər də var. Axtarış-xilasetmə işləri davam edir”, - əyalət rəhbəri bilgiləndirib.
Konqonun “Radio Okapi” radiostansiyası bildirib ki, mayın 4-ü axşam saatlarında Cənubi Kivu əyalətinin bir sıra ərazilərində güclü yağışlar yağıb. Ən böyük dağıntı Buşuşu və Nyamukubi kəndlərində qeydə alınıb, burada daşan çaylar 500-dən çox evin uçmasına səbəb olub.
Bu həftənin əvvəlində KDR ilə qonşu olan Ruandada güclü leysan yağışları 120 nəfərdən çox insanın ölümünə səbəb olmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.