6-05-2023, 19:23 475

Rəşad Rəsullu:

Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yeniyetmə cüdoçular arasında Avropa Kubokunda ilk mükafatçılar məlum olub.

Birinci gündə Azərbaycan idmançıları ümumilikdə 6 qızıl, 5 gümüş, 5 bürünc medal qazanıblar.

"Report"un Göygölə ezam olunmuş əməkdaşının suallarını cavablandıran Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu həm turnir haqda fikirlərini bölüşüb, həm də böyüklərdən ibarət Azərbaycan millisinin Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirib.

- Göygöldə təşkil edilən yeniyetmələrin Avropa Kuboku Azərbaycanda ilk dəfə keçirilir. Təəssüratlar necədir?
- Yarışın regionda keçirildiyini və ölkəmizdə ilk dəfə təşkil olunduğunu nəzərə alaraq, Avropa Cüdo Birliyi ilə birlikdə müzakirə etdik. Avropa Kubokunda 300-ə yaxın idmançı çıxış edir. Hesab edirik ki, ilk turnir üçün yaxşı nəticədir. Amma hədəfimiz bunu ənənəvi yarışa çevirməkdir. Yeniyetmələrin Avropa Kubokunu brend turnirlərdən etmək istəyirik. Builki yarış Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Onun təməlini qoyduğu idman siyasətinin davam etdirilməsinə kiçik də olsa töhfə verdiyimiz üçün çox şadıq. Eyni zamanda, cənab Prezident İlham Əliyevin ilin idman yekunlarına həsr olunan çıxışında qeyd etdiyi kimi, regionlarda idmanın kütləviləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu sahədə federasiyaların da üzərinə iş düşür. İnanıram ki, Avropa Kubokunun Göygöldə keçirilməsi regionda cüdonun inkişafına kiçik də olsa töhfə verəcək.

- Yarışa qatılan cüdoçular arasında qərb bölgəsindən olanlar var?
- Bəli. Məsələn, 55 kq çəki dərəcəsində gümüş medal qazanan Fərid Qarayev Gəncə cüdo məktəbinin yetirməsidir. Gəncədən, Goranboydan, Naftalandan nümayəndələrimiz var. Bundan başqa, Zataqalanı təmsil edənlər var, Sumqayıt çox sayda cüdoçu ilə yarışa qatılıb. Hesab edirik ki, bu yarışın təşkili onların ustalıq səviyyəsinin artması baxımından böyük önəm kəsb edəcək. Həm də bu turnir iyunun sonlarında Portuqaliyada keçiriləcək yeniyetmələr arasında Avropa Kubokuna, gənclərin Olimpiya İdman Festivalına, həmçinin, dünya çempionatının hazırlığına seçim xarakteri daşıyır. Yəni bu yarışda seçimlər də aparılacaq.

- Qeyd etdiniz ki, Avropa Kubokunu ənənə halına salmaq istəyirsiniz. Turniri hər il Göygöldə keçirməyi planlaşdırırsınız, yoxsa müxtəlif regionlarda?
- Hər hansı bir ölkə il ərzində yeniyetmələrin Avropa Kubokuna bir dəfə ev sahibliyi edə bilər. Yəni, bir ildə iki fərqli yerdə keçirə bilmərik. Ancaq bu ənənəni Göygöldə davam etdirmək istəyirik. Bu mənada Göygöl İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyini hiss edirik. Açığı, Bakıda yarış təşkil etmək daha rahatdır. Qarşılaşdığımız ən böyük çətinlik Gəncə Hava Limanına uçuşların az olmasıdır. Çünki iştirakçı komandalar Bakıya uçmalı, oradan da bura gəlməlidirlər. Bu məsələdə müəyyən çətinliklərimiz olsa da, problemi həll edəcəyimizə inanırıq. Məqsədimiz odur ki, buradakı növbəti mötəbər turnirə daha çox komanda cəlb edək və minimum 400 idmançı yarışa qatılsın.

- Qətərin paytaxtı Dohada mayın 7-də böyüklər arasında dünya çempionatı start götürəcək. Gözləntiləriniz nələrdir?
- Bu gün püşkatma oldu, idmançılarımızın rəqibləri bilindi. Püşkün nəticəsinə əsasən düşünürəm ki, Azərbaycan millisinin 3 medal qazanmaq şansı kifayət qədər böyükdür. Təbii ki, ora yollanan hər bir idmançımızın mükafatçılar sırasına düşmək şansı var. Amma düşünürəm ki, 3 nəfər daha şanslıdır.

Paylaş

Xəbər lenti

Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Bu gün, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Bu gün, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Bu gün, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Bu gün, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Bu gün, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Bu gün, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR