8-05-2023, 10:46 646

YAP sədrinin müavini: “Ulu Öndər rəhbərliyinin bütün dönəmlərində mətbuatın inkişafına yüksək qayğı göstərib”

“Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dönəmlərində mətbuatın inkişafına yüksək qayğı göstərib, media nümayəndələrinin böyük dostu və himayədarı olub”.

“Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfransda deyib.

O xatırladıb ki, 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikamıza rəhbərlik etməyə başlayan Heydər Əliyev SSRİ dönəmində Azərbaycan mətbuatının öz milliliyini qoruyub saxlamasına xüsusi diqqət yetirib: “Təsadüfi deyil ki, bu dövrdə mətbuatımız Azərbaycan dilinin saflığının və milli-mənəvi dəyərlərimizin qorunmasında, bütövlükdə isə respublikamızın mənafelərinin müdafiəsində önəmli rol oynayıb. Müstəqillik dövründə isə Azərbaycan mətbuatının tarixində yeni bir dönəm – davamlı inkişaf mərhələsi başlamışdır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında - xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirilmiş, bu istiqamətdə əsaslı - müsbət dəyişikliklər baş verib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanla kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırılmış, onların maddi-texniki bazasının gücləndirilməsi yönündə ardıcıl tədbirlər həyata keçirilib. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbulu isə media institutunun inkişafına təkan verməklə milli maraqların qorunması, siyasi-ideoloji sahədə cəmiyyətin maarifləndirilməsi, ölkə daxilində və dünyada baş verən proseslərin peşəkar təhlili və sağlam ictimai rəyin formalaşdırılması istiqamətlərində səmərəli fəaliyyət göstərməsi üçün etibarlı zəmin və geniş imkanlar yaradıb”.

YAP sədrinin müavini vurğulayıb ki, Heydər Əliyev ideyaları zaman və məkan anlayışlarının fövqündədir, daim ölkəmizin inkişafına xidmət etmişdir, bu gün də Azərbaycanın tərəqqisinin mənəvi-siyasi əsaslarını təşkil edir: “Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Ulu Öndərin əbədiyaşar ideyalarına, zəngin dövlətçilik irsinə əsaslanan məqsədyönlü və uzaqgörən siyasəti ilə ölkəmizə möhtəşəm nailiyyətlər qazandırıb, inkişafın Azərbaycan modelini yaradıb”.

T.Budaqov qeyd edib ki, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən və çoxəsrlik tariximizin şanlı qürur səhifəsi olan 44 günlük Vətən müharibəsi mətbuat nümayəndələrinin də vətənpərvərliyini, fədakarlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirib:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər yürüşünə çıxan igid əsgər və zabitlərimizin unudulmaz qəhrəmanlıqları ilə yanaşı, arxa cəbhədə - ideoloji və təbliğat müstəvisində mübarizə aparan dəyərli qələm sahibləri - vətənpərvər və peşəkar jurnalistlərimiz Azərbaycanın mənafelərini qətiyyətlə qorumuş, həqiqi reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarını ifşa etmişlər. Eyni zamanda, müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin də olması qürurvericidir. Təqdirəlayiq haldır ki, Azərbaycan mediası postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir və fəaliyyətini yeni reallıqlara, mövcud çağırışlara uyğun qurur”.

Paylaş

Xəbər lenti

Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS Dünən, 23:48 Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət Dünən, 23:48 Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək Dünən, 23:48 İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib Dünən, 23:48 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb Dünən, 23:48 "Bilik Günü"ndə Bakı sakinləri tıxaca necə hazırlaşırlar? Dünən, 22:48 Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir Dünən, 22:48 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? Dünən, 22:48 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var Dünən, 22:48 Qərbin bir qərarı dünya müharibəsinə səbəb ola bilər Dünən, 21:48 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza Dünən, 21:48 Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib Dünən, 21:48 Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub Dünən, 21:48 Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb Dünən, 21:48 Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar Dünən, 21:48 İlham Əliyev ona verilən 500 min ABŞ dolları məbləğində mükafatı Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib Dünən, 20:48 Müəllimə gül almaq neçəyə başa gəlir? - Paytaxt mağazalarında son qiymətlər Dünən, 20:48 "Neftçi" futbolçusu Elvin Camalovla yollarını ayırıb Dünən, 20:48 "Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib Dünən, 20:48 Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb Dünən, 19:48 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA Dünən, 19:48 2030-a doğru Qafqaz: Ən böyük investisiya döyüşü başlayır Dünən, 19:48 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub Dünən, 19:48 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA Dünən, 19:48 İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü Dünən, 18:48 Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub Dünən, 18:48 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI Dünən, 18:48 Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib Dünən, 18:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib Dünən, 18:48 Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Dünən, 18:48 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq Dünən, 18:48 Nazir: "Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin maaşı artırılacaq" Dünən, 17:49 Nazir: "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Dünən, 17:49 AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT Dünən, 17:49 Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır" Dünən, 17:48 10 min dolları keçən onlayn gəlirlər mütləq vergiyə cəlb ediləcək Dünən, 17:48 Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi - Digər müttəhim kimdir? Dünən, 17:48 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Dünən, 17:48 XX əsrin 5 ən böyük ekoloji fəlakəti – London dumanından Aral dənizinə Dünən, 17:48 Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib Dünən, 17:48 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - RƏSMİ Dünən, 17:48 Emin Əmrullayev: "Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək" Dünən, 16:48 Tanınmış jurnalistə yeni vəzifə verildi Dünən, 16:48 Emin Əmrullayev: "Şagird avtobusları ilə bağlı qərar hələ yoxdur" Dünən, 16:48 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ Dünən, 16:48 Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik" Dünən, 16:48 Qara dənizdə Ukraynaya məxsus pilotsuz kater vurulub Dünən, 16:48 Dərs saatları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR