
Biləsuvar rayonunda kütləvi dava zamanı biri hamilə qadın olmaqla dörd nəfər xəsarət alıb.
"AVESTA.AZ"un məlumatına görə, dava zamanı rayon sakinləri 1990-cı il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "AVESTA.AZ"a bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.