
"Hazırda peşə təhsili səviyyəsində akkreditasiya meyarlarının hazırlanması istiqamətində iş aparılır".
"AVESTA.AZ" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Ülkər Səttarova deyib.
Onun sözlərinə görə, TKTA tərəfindən meyarlar demək olar ki, artıq hazırlanıb: "Hazırda peşə təhsili müəssisələrində çalışan həmkarlarla bu meyarlar müzakirə edilir. Bu prosesə həmçinin Avropa Komitəsi tərəfindən maliyyələşən layihədə olan xarici ekspertlər də qatılıb. Standartlar da ali təhsil müəssisələrinin akkreditasiya meyarları kimi, ESG standartlarına uyğun olacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.