
“Premyer Liqa da nəzarətimizdədir, ancaq ciddi şübhələr yoxdur”.
Bunu “AVESTA.AZ”a açıqlamasında UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli Azərbaycan Premyer Liqasında (APL) şübhəli matçların olub-olmaması ilə bağlı danışarkən deyib.
S.Səlimli əvəzində Birinci Divizionda danışılmış oyunlar şübhəsi ilə araşdırılan qarşılaşmalar olduğunu etiraf edib: “Danışılmış oyunlar şübhəsi ilə araşdırılan görüşlər var. Birinci Divizionun cari mövsümündə keçirilmiş bəzi matçlarla bağlı bizə məlumat daxil olub, onları araşdırırıq”.
O, aşağı liqa təmsilçisi MOİK-in 6 oyunçusunun futboldan kənarlaşdırıldılmasına da toxunub. Seymur Səlimli söhbətin konkret hansı qarşılaşmadan getdiyini bildirməyib: “Sadəcə, adları çəkilən şəxslərin bu məsələdə iştirakı təsdiqini tapıb. İntizam Komitəsi də buna uyğun qərar verib”.
Qeyd edək ki, MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun danışılmış oyunlar barədə xəbərdar olub, müvafiq orqanlara məlumat vermədiklərinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub. Samir Hüseynov adlı şəxsin isə AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olması qadağan edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.