
Rusiyanın “İrAero” aviaşirkəti Permdən Bakıya birbaşa uçuşlara start verir.
“AVESTA.AZ” xəbər verir ki, uçuşlar mayın 30-dan başlayacaq.
100 sərnişin tutumuna malik “Superjet” təyyarələri həftədə bir dəfə - çərşənbə axşamı Permdən Bakıya uçacaq.
"Bolşoye Savino" hava limanının cədvəlinə uyğun olaraq, Permdən Bakıya uçuş proqramı oktyabrın 24-dək nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.