
ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 5,00-5,25% səviyyəsində saxlayıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.
Qeyd edək ki, FED martda uçot dərəcəsini 25 baza bəndi qədər artırıb. Belə ki, uçot dərəcəsi 4,75-5%-ə qaldırılıb.
Həmin vaxt son faiz artımı ilə uçot dərəcəsi 2006-cı ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.