15-06-2023, 20:25 580

Deputat:

"Bizim Türkiyə və Pakistanla münasibətlərimiz müstəqillik tariximizin bütün dövrlərində, xüsusən, İkinci Qarabağ müharibəsi dövründə ən ağır sınaqlardan çıxıb".

Bunu "AVESTA.AZ"a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcab Tayyib Ərdoğanın ardınca Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri yüksək səviyyədə olan Bakı-İslamabad müttəfiqliyi ilə bərabər, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə formalaşdırdığı tərəfdaşlıqların uğurla möhkəmləndiyini göstərir:

"Reallıqdır ki, bu gün Azərbaycan İlham Əliyevin sayəsində çox ciddi qlobal oyunçu, Azərbaycan Prezidenti özü isə beynəlxalq münasibətlər sistemində nüfuzlu və qəbuledilən siyasətçidir. Pakistan isə dünyanın ən böyük əhali ehtiyatlarından birinə, nüvə potensialı olan ciddi hərbi gücə və iri iqtisadiyyata malik beynəlxalq subyektdir.

Bakı-İslamabad əlaqələri siyasi müstəvi ilə bərabər, həm də xalqlar arasında qarşılıqlı sevgi və ehtiram xarakterinə malik nadir qlobal təcrübələrdən biridir. Azərbaycan xalqı 44 günlük savaşdakı qələbəmizdə Pakistanın beynəlxalq səviyyədə verdiyi siyasi dəstəyi və qlobal arenada tutduğu prinsipial mövqeni yüksək qiymətləndirib, paytaxtdan bölgələrə qədər Pakistan bayraqları daim ehtiramla dalğalandırılıb. Bu gün mətbuat üçün birgə bəyanatda da Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”.

Eyni zamanda, Azərbaycandan həm Kəşmir məsələsində Ulu Öndər Heydər Əliyevin zamanından etibarən sərgilənən aydın və dəyişməz mövqe, həm Pakistanın mənafelərinə İlham Əliyevin qlobal müstəvidə verdiyi açıq dəstək, habelə Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar layihələr, o cümlədən, dəfələrlə təbii fəlakət zonalarında ilk olaraq Azərbaycandan gələn dəstək Pakistan xalqında Azərbaycana xüsusi rəğbət yaradıb. Cənab Şahbaz Şərifin Bakıda ifadə etdiyi kimi, “Pakistan xalqı da Azərbaycan xalqını sevir”.

Deputat əlavə edib ki, Pakistan, qardaş Türkiyə və Səudiyyə Ərəbistanı kimi Ermənistan ilə məhz İrəvanın işğalçı siyasətinə görə diplomatik münasibətlər qurmayan ölkədir. Bu qətiyyətli mövqe isə yalnız Azərbaycan-Pakistan münasibətləri çərçivəsində yox, bütövlükdə islam dünyasının həmrəyliyi baxımından çox önəmli olan amil və islam həmrəyliyi konsepsiyasını ehtiva edən ən gözəl nümunələrdən biri olmaqla Azərbaycanla ortaq tarixi keçmişi bölüşən, “din qardaşımız” olsa da təcavüzkar Ermənistanla əqidə və iman ortağı olan İran üçün də haqq yoluna gəlməsi baxımından istinad edə biləcəyi müstəsna nümunədir:

"Bu gün Pakistan Azərbaycan üçün, Azərbaycan isə Pakistan üçün çoxtərəfli əlaqələrdə mühim körpüdür və yeni dünya düzənində bu əlaqələr taleyüklü əhəmiyyətə malikdir.

Bu mənada, münasibətlərimizin dəyişən geosiyasi arxitekturaya uyğunlaşması, yeni tələblərə cavab verən transformasiya çox vacibdir. Cənab Məhəmməd Şahbaz Şərifin səfəri bu baxımdan gözəl imkandır. Xüsusən, Rusiya-Ukrayna münaqişəsi fonunda dərinləşən qlobal qütbləşmə prosesini fürsətə çevirərək Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlıq, qardaş dövlətin enerji təhlükəsizliyində pay sahibi olmaq, habelə hərbi və müdafiə sənayesi sahəsində tərəfdaşlığı dərinləşdirmək üçün ciddi zəmin formalaşıb. Bundan başqa, bu gün ali qonağın Bakıdan da ifadə etdiyi kimi, Pakistan-Azərbaycan-Türkiyə platforması Pakistan-Azərbaycan-Səudiyyə Ərəbistanı, Pakistan-Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri, Pakistan-Azərbaycan-Qətər müstəvilərində genişlənə bilər ki, bu da müstəsna qlobal güc deməkdir".

Paylaş

Xəbər lenti

"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR