17-06-2023, 09:52 440

Gecə-gündüz sağlamlıq keşiyində dayananlar - Hərbi hospitaldan REPORTAJ

Həyatın ən vacib və qarşılıq gözləməyən qəhrəmanları həmişə həkimlərdir. Həkimlərin yeganə məqsədi insan həyatını xilas etmək və xəstə insanların ən dəqiq müalicə üsulları ilə ən qısa müddətdə sağlamlığına qovuşmasını təmin etməkdir. Sağlam cəmiyyət, yeni nəslin gələcəyi naminə fəaliyyətini davam etdirən həkimlər üçün nə qədər xoş sözlər deyilsə də, yazılsa da, həmişə az olacaq. Bəli, bu gün onların günüdür.

Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə dislokasiya olunmuş bölgələrdə yaradılmış hərbi hospitallardan birinə jurnalistlərin səfəri baş tutub.

“Report” sözügedən səfərdən reportajı təqdim edir.

Üçmərtəbəli binadan ibarət xəstəxana ən müasir avadanlıqlarla təchiz olunub və ətraf rayonlardan xəstələr müalicə olunmaq üçün bura gətirilir. 250 çarpayılıq xəstəxanada fizioterapiya və reabilitasiya, oftalmologiya, stomatologiya, dermatologiya, cərrahiyyə, laboratoriya, reanimasiya, təcili tibbi yardım kimi bölmələr fəaliyyət göstərir.

2019-cu ildə, yəni işğal dövründə ginekoloji mərkəz kimi fəaliyyət göstərdiyi deyilən xəstəxana həmin vaxtlar köhnə, sovet dövründən qalmış avadanlıqlarla təchiz olunubmuş. Həkimlər Azərbaycan dövlətinin qısa müddətdə bu cür gözəl yerlərə yaraşan xəstəxananı yenidən qurduğunu və bu binanın sıfırdan təmir edildiyini, müasir avadanlıqlarla təchiz olunduğunu qürurla qeyd edirlər.

İlqar Əliyev
İlqar Əliyev

Tibb xidməti polkovniki, hərbi hospitalın rəisi İlqar Əliyevlə xəstəxananın fəaliyyəti barədə qısa söhbət aparırıq, bizə tibb ocağının işğaldan azad olunmuş ərazilərdə qurulmuş ən böyük hərbi hospital olduğunu deyir:

“Xəstəxanaya mina partlayışları, havaların isinməsi ilə bağlı dəri-zöhrəvi xəstəliklərdən əziyyət çəkən xəstələr, həmçinin ilan sancmaları, güllə yaraları ilə əlaqədar müraciətlər daxil olur. Bu xəstəliklərin müalicəsi və təcili tibbi yardım üçün xəstəxanada lazımı avadanlıqlar, eyni zamanda tibbi personal və dərman çeşidliliyi mövcuddur”.

Tibb xidməti polkovniki hazırda daha çox ilan sancmaları və istivurma ilə bağlı müraciətlərin olduğunu deyir:

“Bizim hospital hərbçilərimizin tibbi ehtiyaclarını tamamilə ödəyə bilir. Xəstələrin daşınması üçün həm hərbi hissələrdə, həm də xəstəxananın özündə sanitar maşınlar var”-, o qeyd edib.

İ. Əliyev vurğulayıb ki, burada işləmək üçün fədakarlıq lazımdır: “Bəzən iş o qədər çox olur ki, bir tibb işçisi iki nəfərin yerinə çalışmasa iş getmir”.

Bu ilin aprel ayında tərxis olduğunu deyən İlhamə Bəylərova xəstəxanada laborant kimi fəaliyyət göstərir:

“İşğaldan azad olunmuş ərazilərə ezam olunmuş ilk xanımlardanam. Dövlətimizə xəstəxanada bu cür şərait yaratdığı üçün təşəkkür edirəm”.

 İlhamə Bəylərova
İlhamə Bəylərova

Tibb xidməti baş leytenantı, terapiya şöbəsinin koordinator həkimi Nuriddin Həsənov xəstələrin terapevtik sahədə stasionar müalicəsini apardığını deyir: “Hazırda mövsümlə əlaqədar xəstə sayı azalıb, gün ərzində 20-30 nəfər arasında dəyişir, bəzənsə 40-45 nəfərə qədər çatır. Hazırda şöbəmizdə anemiya-qan azlığından, ağciyərdən, mədə xəstəliklərindən əziyyət çəkən pasiyentlərimiz də var”.

Nuriddin Həsənov
Nuriddin Həsənov

Həkim xəstəxanada diaqnostik cəhətdən bir qədər darlıq olsa da, əksər müalicə və müayinələrin aparıla bildiyini deyir.

Əli İsmayılov
Əli İsmayılov

Əsgər Əli İsmayılov mədəsində səpgilərlə bağlı bu xəstəxanada müalicə aldığını deyir:

“5 gündür ki, müalicə alıram və artıq sağalmağa doğru gedirəm. Həkimlərimizə göstərdiyi köməkliyə görə minnətdaram”.

Əsgər Vüqar Rəsulzadə göbələk xəstəliyi ilə əlaqədar xəstəxanaya müraciət etdiyini deyir:

“10 gündür ki, müalicə alıram və hazırda özümü yaxşı hiss edirəm. Həkimlər 3-4 gün içərisində sağalacağımı deyirlər. Göstərdikləri qayğı və səbrə görə bütün tibbi personala təşəkkür edirəm”.

 Vüqar Rəsulzadə
Vüqar Rəsulzadə

Əsgər Emil Əzizov da göbələk xəstəliyindən əziyyət çəkdiyini bildirir:

“15 gündür ki, müalicə alıram və demək olar ki, sağalmışam”.

Emil Əzizov
Emil Əzizov

Xəstəxanadan xoş təəssüratlarla ayrılırıq. Azərbaycan 44 günlük Vətən müharibəsindən keçən qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə gördüyü işlərlə bir çox ölkələrlə yanaşı, hətta erməniləri də təəccübləndirməyi bacarıb. Bu ərazilərə səfər zamanı çəkilən yollar, tikilən evlər, məktəblər, ümumiyyətlə yenidən qurulan infrastruktur barədə danışmışıq. Bu gün isə tibb sahəsində görülən işlər və ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxana barədə danışdıq.

Biz isə öz növbəmizdə peşə bayramı münasibəti ilə insanların sağlamlığının keşiyində gecə-gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayırıq. Ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu şərəfli işdə əliniz, qolunuz yorulmasın.

Bayramınız mübarək olsun!

Paylaş

Xəbər lenti

"Leonardo Art School" və "MiniBoss Business School" birgə təhsil proqramı elan etdi Bu gün, 15:48 Bu tarixdən leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar Bu gün, 15:48 Azərbaycandan neft məhsullarının ixracı 1,5 dəfə artıb Bu gün, 15:48 Şəkinin məşhur piti qabları: qədim sənəti yaşadan usta turistlərə dərs keçir Bu gün, 15:48 Rəvan Qarayevin həkim həyat yoldaşı: "Xasiyyətimiz uyğun olmasaydı…" Bu gün, 15:48 İribuynuzlu heyvanı Latviyadan 11 min, Gürcüstandan 531 manata almışıq Bu gün, 15:48 Qaxda şagird məktəbdə yıxılaraq xəsarət alıb Bu gün, 15:48 Bu ölkədə komendant saatı tətbiq edildi Bu gün, 14:48 Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib Bu gün, 14:48 Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub Bu gün, 14:48 Eldar Əzizov müşavirə keçirdi: Paytaxtın kommunal xidmətlərinə TAPŞIRIQ VERDİ Bu gün, 14:48 Ceyranbatanda ana və övladını maşın vurub Bu gün, 14:48 Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu Bu gün, 14:48 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq? Bu gün, 14:48 Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib Bu gün, 14:48 Yeni prokuror tanınmış hakimin oğludur Bu gün, 14:48 Yaltada bu səbəbdən fövqəladə vəziyyət elan edildi Bu gün, 14:48 Navai Qazaxıstandan deportasiya edildi: narkotik işi bağlandı Bu gün, 13:48 ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb Bu gün, 13:48 Kamran Əliyevdən yeni təyinatlar Bu gün, 13:48 Yunanıstanlı turist Şəkidə gördüklərindən danışdı: "Bizi heyran etdi" Bu gün, 13:48 Şəbnəm Tovuzlunun qızı Amerikada universitetə qəbul oldu Bu gün, 13:48 Yeqor Krid Bakıda klip çəkdirdi Bu gün, 13:48 Burak Özçivit Rusiyada fanat izdihamı ilə qarşılaşdı Bu gün, 13:48 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi? Bu gün, 13:48 Əbdül Xalid: "Geyiminə görə toydan qovulan qadın müğənnilər görmüşəm" Bu gün, 13:48 Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı QƏRAR VERİLDİ Bu gün, 12:48 Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub Bu gün, 12:48 "Aşk-ı Memnu"nun villasını ziyarət edən Xəyalə Quliyeva: "Xatirələrimə ağlayırdım" Bu gün, 12:48 Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı" Bu gün, 12:48 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir Bu gün, 12:48 Şabranda sel nəticəsində zədələnmiş yol bərpa olunub Bu gün, 12:48 Vüqar Bayramov: "POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır" Bu gün, 12:48 "Mən özüm iki uşaq atasıyam": "Yango" sürücüsü doğuş sancıları başlayan qadını Binə qəsəbəsindən təcili xəstəxanaya çatdırıb Bu gün, 12:48 Deputat: "Yüksək komissiya haqları nağdsız hesablaşmalara marağı azaldır" Bu gün, 12:48 Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi Bu gün, 12:48 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək Bu gün, 12:48 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək Bu gün, 11:48 Aİ rəsmisi: "Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir" Bu gün, 11:48 Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu Bu gün, 11:48 Bu gün Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür Bu gün, 11:48 Sevda Yahyayevanın qayınanası: "O mənim qızımdır" Bu gün, 11:48 "Borussiya Dortmund"dan Bakı Olimpiya Stadionu ilə bağlı məzəli paylaşım Bu gün, 11:48 ANAMA ilə BMT arasında əməkdaşlıq müzakirə olunub Bu gün, 11:48 ARDNF-in aktivləri 74 milyard dollardır Bu gün, 11:48 Məşhur modelin təəccübləndirən gözəllik sirri: "Bizon və maral əti yeyirəm" Bu gün, 11:48 Səidə Dadaşova: "Onlarla eyni səhnədə çıxış etməyə utanıram" Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR