
“Müttəfiqlərimiz bizə ixrac məhdudiyyəti tətbiq edirlər".
“AVESTA.AZ” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O bildirib ki, bu, qəbuledilməzdir: "Bu, NATO-nun təhlükəsizliyinə təsir göstərir".
Nazir Türkiyənin Alyansın genişlənmək siyasətini müsbət qarşıladığını vurğulayıb: "Öhdəliklərini yerinə yetirərsə, İsveç də Finlandiya kimi NATO-nun üzvü ola bilər.
Y. Gülər həmçinin Türkiyənin terrorla mübarizəsinin sonadək davam edəcəyini vurğulayıb: "Bu istiqamətdə bütün müttəfiqlərimizdən dəstək gözləyirik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.