
Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.
Avesta xəbər verir ki, Səbail rayonu, Şıx qəsəbəsi Salyan şosesində yerləşən hotellərdən birində Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.
Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.
Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.