
“Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün keçirilən təlimin əsas məqsədi onların liderlik keyfiyyətlərini təkmilləşdirmək, o cümlədən onlardan təcrübədə istifadə etmək olub”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova deyib.
Onun sözlərinə görə, təlim ödənişsiz olub və Azərbaycan dilində aparılıb: “Hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri ilə növbəti təlimlərin keçirilməsi müzakirə olunur”.
Bu gün ADA Universitetində Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün intensiv təlimlərin bağlanış mərasimi olub. Ötən ilin oktyabrında start verilmiş təlim proqramını başa vuran 180 dövlət qulluqçusu diplomla təltif edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.