26-06-2023, 14:35 418

"Azərbaycanda ordu quruculuğuna diqqət yüksək səviyyədədir".

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin yaranması ölkəmizin həyatında ən vacib tarixi hadisələrdən biridir: “Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk nizami ordunun yaradılması ilə bağlı verdiyi qərar xalqımızın milli ordu quruculuğu ilə bağlı arzularının ilk nümunələridir. Qeyd edim ki, Milli Ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Ulu Öndərin rəhbərliyi ilə ordumuzun formalaşması istiqamətində ciddi işlər görülməyə başlandı. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı”.

Mahir Abbaszadə
Mahir Abbaszadə

Deputat bildirib ki, ordu quruculuğu prosesi bütövlükdə Azərbaycan dövlətinin inkişafı ilə bağlı çox vacib məqamlardan biridir: “Təəssüf ki, müstəqilliyin ilk illərindən torpaqlarımızın işğal altına düşməsi nəticəsində bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Bu hadisədən sonra dövlətimizin qarşısında duran əsas məsələlərdən biri məhz işğal altında olan torpaqlarımızı geri qaytarmaq, ərazi və sərhəd bütövlüyümüzü təmin etmək idi. Təbii ki, bu istiqamətdə kifayət qədər işlər aparılırdı. Bu işlərin içərisində əsas məsələlərdən biri ordu quruculuğu prosesinin sürətlə həyata keçirilməsi idi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndən sonra bütün sahələrdə inkişaf sürətlə davam etməyə başladı. Dövlət başçımızın rəhbərliyi ilə iqtisadi gücümüz, maliyyə imkanlarımız artıqca ordu quruculuğuna daha da diqqət yetirildi. Təsadüfi deyil ki, hər il dövlət büdcəsindən ordu quruculuğu və təhlükəsizlik sahəsində ayrılan vəsait digər sahələrlə nisbətdə daha çox olurdu. Biz də həmişə fəxrlə deyirdik ki, Azərbaycanın ordu quruculuğu və təhlükəsizlik sahəsində ayrılan vəsait Ermənistanın ümumi büdcəsi qədərdir”.

M.Abbaszadə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, müasir silahların alınması, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, əsgər və zabitlərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar məhz Azərbaycan Ordusunun sürətlə inkişaf etməsinə gətirib çıxarıb: “Məhz bunun nəticəsində də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğuna diqqət yüksək səviyyədədir. Ölkəmizdə hazırda da ordu quruculuğu ilə bağlı proses davam etdirilir. Artıq Azərbaycanda yeni hərbi birləşmələrin yaranması həyata keçirilir. Ordumuzun yüksək səviyyədə inkişaf etməsinin əsas səbəblərindən biri də Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişmiş Azərbaycan gəncliyidir. Bu gənclik vətənpərvər, dövlətini, torpağını sevən və vətənə sədaqət andı içən gənclərdir. Hesab edirəm ki, bundan sonrakı müddətdə də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sürətlə inkişaf edəcək və həmişə xalqımızın qarantı olacaq”.

Paylaş

Xəbər lenti

Bakının bu rayonunda iki gün SU OLMAYACAQ Bu gün, 08:48 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi Bu gün, 08:48 Bank əməliyyatlarında yeni ödəniş: Vətəndaşı nə gözləyir? Bu gün, 08:48 Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Plastik tullantılardan peçenye hazırlanır? Bu gün, 08:48 Paytaxtda 15 yolda tıxac var Bu gün, 08:48 Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? Bu gün, 08:48 Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc Bu gün, 00:48 Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib Dünən, 23:48 Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub Dünən, 23:48 Bu meyvə payızın qızılı hesab olunur: sağlamlıq üçün faydaları Dünən, 23:48 İstanbulda sel fəlakətində ölənlərin sayı 6-ya çatıb Dünən, 22:48 ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb Dünən, 22:48 Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN Dünən, 22:48 Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Dünən, 21:48 Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb Dünən, 21:48 Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var Dünən, 21:48 Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Dünən, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Dünən, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Dünən, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Dünən, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Dünən, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Dünən, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Dünən, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Dünən, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Dünən, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Dünən, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Dünən, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Dünən, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Dünən, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Dünən, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Dünən, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Dünən, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Dünən, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Dünən, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Dünən, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Dünən, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Dünən, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Dünən, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Dünən, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Dünən, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Dünən, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Dünən, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Dünən, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Dünən, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Dünən, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR