
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada “Jalgiris” və Şimali Makedoniyanın “Struqa” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsnin ilk oyununu idarə edəcək.
Məsiyevə laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaq.
Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.