
Azərbaycanın daha bir sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında medal qazanıb.
"AVESTA.AZ"un məlumatına görə, 79 kq-da çıxış edən Sadiq Mustafazadə 3-cü yer uğrunda görüşdə türkiyəli Bekir Talib Öveclə üz-üzə gəlib.
Qarşılaşmadan 10:0 hesabı ilə qalib ayrılan Azərbaycan idmançısı bürünc mükafata sahib çıxıb.
Azərbaycanın sərbəst güləşçisi Cavidan Əhmədov İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"AVESTA.AZ"un məlumatına görə, 70 kq-da yer alan idmançı avstriyalı Məhəmməd Bektemirovla qarşılaşıb.
Rəqibini 10:9 hesabı ilə məğlub edən Əhmədov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
"AVESTA.AZ"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.
Qeyd edək ki, bu gün həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.