
Cəlilabadda 7 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin ötüşməsi qəzaya səbəb olub.
Nəticədə ümumilikdə 3 "Mercedes", "VAZ 2107", "BMW", "Prado" və "Şevrolet" markalı minik avtomobilləri olmaqla 7 avtomobil toqquşub.
Hadisə zamanı xəsarət alanların olub-olması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.