
Şirvan rayonunda yol qəzası olub, xəsarət alanlar var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində şadlıq saraylarıdan birinin yaxınlığında qeydə alınıb.
Yol qəzası zamanı Hacıqabul rayonunun Muğan kəndinin sakini, 1986-cı il təvəllüdlü Umudov Emin Mehdi oğlu və Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Abbasov Səbuhi Gülməmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.