7-07-2023, 10:35 512

Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma günləri qeyd edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 21-ci və Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasının 5-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Komitənin binasındakı büstü ehtiramla ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Komitə sədri Fuad Muradov bu əlamətdar gün münasibətilə diaspor hərəkatına töhfə verən hər bir azərbaycanlını təbrik edib. Diasporla İş üzrə Dövlət Komitəsinin müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə yaradılmış “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi”nin varisi olduğunu xatırladıb.

Heydər Əliyev siyasi kursunun hazırda da uğurla davam etdirildiyini, qalib xalqımızın diaspor hərəkatının yeni mərhələyə qədəm qoyduğunu və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında dövlət başçımızın tövsiyələri istiqamətində fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil təşkilatlanması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Dünyanın müxtəlif ölkələrində təsis edilmiş Koordinasiya şuralarının, xaricdəki həmvətənlərimizin istifadəsinə verilmiş Azərbaycan evlərinin, Qarabağ, Nizami Gəncəvi və Xurşidbanu Natəvanın adlarını daşıyan Azərbaycan dili məktəblərinin buna bariz nümunə olduğunu vurğulayıb.

Ardınca Komitənin yaradılmasını, fəaliyyətini, Heydər Əliyevin Azərbaycan diasporunun təşkilatlanmasına dair fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev hesabatla çıxış edib, Fondun 5 illik fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

Çıxış edən diaspor nümayəndələri Səadət Abdullayeva (Gürcüstan), Ələddin Məmmədov (Rusiya), Əjdər Tağızadə (İsveç), Teymur Rzayev (Türkiyə), Maya Bağırova( Fransa), Ceyhun Nəcəfov (Kanada), Kamilla Məmmədova və Zəminə Mirhadıyeva (ABŞ) Komitənin və Fondun yaradılmasını diaspor tarixində mühüm hadisə adlandırıblar. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin zəngin mədəni irsinin təbliği istiqamətində həyata keçirilən fəaliyyət istiqamətlərini yüksək qiymətləndiriblər.

Tədbirdə iştirak edən Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbok Azərbaycana sevgisindən və Azərbaycan musiqisinin gözəlliklərindən söz açıb. Çıxışını “Qarabağ Azərbaycandır!” sözləri ilə tamamlayan musiqiçi kamançada muğam parçası ifa edib.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR