
Türkiyənin Van bölgəsinin Gürpınar rayonunda Türkiyə Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobus qəza törədib.
“AVESTA.AZ” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 hərbçi şəhid olub.
Daha 12 əsgər yaralanıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları gəlib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.