14-07-2023, 11:54 555

Diaspor nümayəndələrinin iştirakı ilə “Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib

Azərbaycanda səfərdə olan diaspor nümayəndələrinin iştirakı ilə “Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib.

“AVESTA.AZ” xəbər verir ki, dünyanın 20-dən çox ölkəsini təmsil edən diaspor təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbir “Ana dili – Azərbaycan məktəbi”nin xaricdə yaşayan həmvətənlərimiz arasında təbliğinə həsr olunub.

Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə reallaşan “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan, müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir.

Təqdimat mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə layihə haqqında məlumat verib: “Bu layihə ilə məqsədimiz Azərbaycandan kənarda yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliğidir”.

O bildirib ki, layihədə iştirak tamamilə pulsuzdur və layihə iştirakçılarına onlayn şəkildə dərslər keçiriləcək: “Layihədə iştirak edən müəllimlər kifayət qədər təcrübəli, həmçinin ingilis və rus dillərini bilən şəxslərdir. Belə ki, ana dilimizin öyrənilməsi zamanı hər hansı problemlər olarsa, fərqli dilləri də kifayət qədər yaxşı bilən müəllimlər həmin problemləri rahatlıqla aradan qaldıra biləcəklər”.

Daha sonra “Ana dili – Azərbaycan məktəbi”nin məzmun üzrə rəhbəri İlahə Hacıyeva layihə ilə bağlı tədbir iştirakçılarına virtual məktəbin fəaliyyəti, proqramın məzmunu və digər vacib məsələlərlə bağlı ətraflı məlumat verib: “Bu layihə ana dilimizin qorunması və inkişafı ilə bağlıdır. Layihəmizin fərqi daha geniş coğrafiyanı nəzərdə tutmasıdır. Yaşadığı yerdən asılı olmayaraq şagirdlər onlayn şəkildə ana dilimizi öyrənə biləcəklər”.

İ.Hacıyeva vurğulayıb ki, dərslər əsasən əylənək-öyrənək prinsipinə əsaslanıb: “Sinifdə 10-15 şagirdin olması nəzərdə tutulub. Sonda isə onlara sertifikatlar təqdim olunacaq”.

Tədbirdə, həmçinin layihə rəhbərləri diaspor təşkilatları rəhbərlərinin suallarını cavablandırıblar.

Xatırladaq ki, “Ana dili – Azərbaycan məktəbi”nin tədris proqramı 3 yaş qrupu üçün 3 səviyyədə (başlanğıc, orta, yüksək) ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. 2023-2024-cü tədris ilini əhatə edəcək proqram çərçivəsində virtual dərslərə bu ilin 15 sentyabr tarixindən başlanılacaq. Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə 2-3 dəfə olmaqla virtual öyrənmə platforması vasitəsilə onlayn qaydada təşkil ediləcək.

Qeyd edək ki, iyulun 7-dən etibarən başlayan qeydiyyat prosesi 12 avqust 2023-cü il tarixinədək http://anadili.agma.az/ platforması vasitəsilə aparılacaq.

Paylaş

Xəbər lenti

Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Bu gün, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Bu gün, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Bu gün, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Bu gün, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Bu gün, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Bu gün, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR