14-07-2023, 14:12 538

Voleybol Federasiyası ilin ilk yarısının yekunlarına həsr olunan mətbuat konfransı keçirib

Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ilin ilk altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransda AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şahin Bağırov qonaqları salamlayıb, mətbuat konfransının federasiyanın 2023-cü ilin ilk altı ayı ərzindəki fəaliyyətinə həsr olunduğunu bildirib. O qeyd edib ki, hesabatda AVF-nin bu müddətdəki fəaliyyətindən, voleybolun paytaxtla yanaşı, digər bölgələrdə də inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışılacaq. Həmçinin qarşıda görüləcək işlər haqqında məlumat veriləcək.

Sonra hesabat məruzəsi ilə çıxış edən Faiq Orucov ötən yarım ildə AVF-nin fəaliyyəti barədə ətraflı məlumat verib. O, bu müddətdə ölkə voleybolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, uşaq voleyboluna xüsusi diqqət ayrıldığını vurğulayıb. Uşaq və gənc voleybolunun inkişaf etdirilməsi məqsədilə türkiyəli mütəxəssis Şahin Çatmanın ölkəyə dəvət olunduğunu bildirib. F.Orucov təcrübəli mütəxəssislə muqavilə imzalandığını və avqustdan fəaliyyətə başlayacağını söyləyib. Həmçinin onun artıq paytaxtda və bölgələrdə bir sıra seleksiya işləri apardığını, voleybolla məşğul olan, müvafiq kriteriyalara uyğun gələn 150-yə yaxın qız və oğlanın müəyyənləşdirildiyini də əlavə edib. Onun sözlərinə görə, avqustda yenidən həmin uşaqlar arasında seçim ediləcək.

Baş katib bu ilin ilk yarısında keçirilən turnirlərdən də danışıb. Bildirib ki, Azərbaycan çempionatının 2022/2023 mövsümündə qadın və kişilər arasında həm Yüksək Liqa, həm də I Liqa yarışları baş tutub. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qadınlar və kişilər arasında “Heydər Əliyev” kuboku, veteran kişi voleybolçular arasında kubok, “Heydər Əliyev-100. Voleybola dəstək marafonu” təşkil olunduğunu diqqətə çatdırıb. Məruzəçi, həmçinin 15 yaşlı və 15 yaşdan böyük oğlan və qızlar arasında keçirilən çimərlik voleybolu üzrə Azərbaycan çempionatı (I mərhələ) haqqında, bölgələrdə təşkil edilən seleksiya yarışlarından söz açıb.

Tədbirdə son mövsümdə ölkə xaricində çıxış edən və müxtəlif mükafatlar qazanan milli üzvləri haqqında məlumat verilib.

Faiq Orucov avqustda start götürəcək Avropa çempionatında iştirak edəcək qadınlardan ibarət milli komandaya yeni baş məşqçi təyin olunduğunu bildirib. Mayda türkiyəli Ataman Güneyligillə müqavilə imzalandığını söyləyən F.Orucov yığmamızın hazırda təcrübəli mütəxəssisin rəhbərliyi ilə məşqlərə davam etdiyini vurğulayıb. Həmçinin tələbə oğlanlardan ibarət millimizin Çində keçiriləcək Universiadaya hazırlıqlarından da danışıb. Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Paylaş

Xəbər lenti

Bakıda 18 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək Bu gün, 09:48 Həbs edilən qadının Lopezə bənzərliyi müzakirələrə səbəb oldu Bu gün, 09:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 141 il ötür Bu gün, 09:48 Misli Premyer Liqasında VI tura start verilir: "Neftçi" 1000-ci oyununa çıxır Bu gün, 09:48 EBRD Azərbaycandakı layihələr portfelini yeniləyib Bu gün, 09:48 Aras Bulut İynemli, Sefo və Melis Sezen daxil olmaqla çox sayda məşhur saxlanıldı Bu gün, 09:48 Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı Bu gün, 00:48 Tramp İranla müharibədə "dönüş nöqtəsi" elan etdi: Yeni hücum qərarı veriləcək Dünən, 23:48 Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb Dünən, 23:48 Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub Dünən, 22:48 Erməni feyk yaradıcılığı - San-Ladzaro-delyi-Armeni adasından Qarabağın Gəncəsərinədək Dünən, 22:48 Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq Dünən, 22:48 Məşhur azərbaycanəsilli müğənni JONY adını və soyadını dəyişdi Dünən, 22:48 Olimpiya mükafatçısı Sergey Jelanov Azərbaycan millisində məşqçi oldu Dünən, 21:48 Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq Dünən, 21:48 "Evsiz-eşiksiz qaldım" - Məhkəmənin qərarı niyə icra olunmur? Dünən, 21:48 "Barselona"nın qapıçısı zədələndi: 3 həftə oynamayacaq Dünən, 21:48 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi Dünən, 21:48 Xocavənddə yeni tarixi abidə aşkar edildi Dünən, 21:48 Hövsanda mərasim zalının sökülməsi ilə bağlı rəsmi açıqlama Dünən, 20:48 DTX rəisi: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir Dünən, 20:48 Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü Dünən, 20:48 Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar Dünən, 20:48 Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alındı Dünən, 20:48 Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib Dünən, 20:48 NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması Dünən, 19:48 Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY Dünən, 19:48 DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı Dünən, 19:48 Əşrəf Əşrəfliyə hökm oxundu Dünən, 19:48 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi Dünən, 19:48 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib Dünən, 19:48 Ucarda ev yanıb kül oldu Dünən, 18:48 Qayınata gəlininin qətlində təqsirləndirilir Dünən, 18:48 Ağdamda toyda dava: Xəsarət alan var Dünən, 18:48 5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər Dünən, 18:48 Süni intellektin əmək bazarı planı: İşsizlik dalğası, yoxsa yeni peşələr? Dünən, 18:48 Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb Dünən, 18:48 AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər Dünən, 18:48 Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi Dünən, 18:48 Bakı Limanında 8 ayda 5,5 milyon tondan çox yük aşırılıb Dünən, 18:48 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Dünən, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Dünən, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Dünən, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Dünən, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR