21-07-2023, 20:05 487

Qərbi Azərbaycan Xronikası: “Ermənilər Türkiyədən niyə ehtiyat edirdi?”

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Report” xəbər verir ki, “Buz bulaqların suyundan içmək istəyirik” adlı veriliş Qərbi Azərbaycanın Loru mahalının, Kalinino rayonunun, Qızıl- Şəfəq kənd sakini İlhami Hüseynovun həyat hekayəsinə həsr olunub.

O, Qərbi Azərbaycanın ən qədim diyarında doğulub, boya-başa çatdığını, 16 yaşına qədər həmin ərazidə böyüdüyünü, orta məktəbi Qızıl-Şəfəq kəndundə aldığını deyib: “Həmin ərazilər mənim üçün uşaqlıq xatirəsi olaraq qalır. Hər gecə elə bil ki, o ərazilər yuxuma girir. Elə bil ki, qərib eldə yaşayıram. Çox arzu edərdim ki, Vətən həsrəti başa çatsın və qayıdaq həmin ərazilərdə yaşayaq”.

Onun sözlərinə görə, tarixi ərazidə yerləşən kəndləri 1930-cu ilə qədər Cücə kəndi adlanıb, sonra ermənilər kəndin adını Qızıl-Şəfəq qoyublar: “Qərbi azərbaycanlılar deportasiya olunandan sonra kəndimizin adı Dzyunaşok, rayonun adı isə Taşir adlandırılıb. Həmin ərazilər qədim Azərbaycan torpaqlarıdır. Ermənilər ora 1828-1829-cu illərdə İrandan və Osmanlı ərazisindən köçürülüb, mərhələ-mərhələ həmin ərazidə məskunlaşıblar”.

İ.Hüseynov bildirib ki, çar rus imperiyası Cənubi Qafqazda, o cümlədən Azərbaycanda etnik balansı dəyişmək üçün azərbaycanlıların sayını az göstərib digər xristianların sayını çox göstərmək üçün malakanları həmin ərazilərə köçürüblər.

O, 1918 və 1988-ci illərdə türk qoşunlarının ermənilərin azərbaycanlılara qarşı soyqırımının qarşısını aldığını söyləyib: “1988-ci ilin oktyabrında Qərbi Azərbaycandan deportasiyası başlamışdı. Ermənilər azərbaycanlılara qarşı soyqırım törədə bilərdi. Ancaq həm Türkiyədən, həm də Gürcüstan azərbaycanlılarından çox ehtiyat edirdilər”.

Onun sözlərinə görə, rayonda yaşayan Qaraboğaz Məhəmməd adlı şəxsin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriləndən sonra Kalinino bölgəsində azərbaycanlıların deportasiyası başlayıb və 1989-cu ilin avqustunda Qızıl-Şəfəq kəndi kütləvi şəkildə köçərək Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşıb.

İ.Hüseynov bu gün Vətənə qayıtmaq arzusu ilə yaşadığını, buz bulaqların suyundan bir daha içmək istəyini də gizlətməyib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz Qərbi Azərbaycan torpaqlarına da qayıdacağıq. Mən buna bu gün tam varlığımla əminəm. Təbii ki, sevinə-sevinə o Vətənə qayıdacağıq. Bizim o kənddə evlərimizin hamısı darmadağındır. Amma biz qayıdıb təbii ki, necə ki bu gün Qarabağda geniş quruculuq işləri gedirsə, biz qayıdıb o quruculuq işlərini azərbaycanlılar olaraq həyata keçirəcəyik, həmin evlərimiz də bərpa olunacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

İlhami Hüseynovun “Həyat Hekayə”si iyulun 21-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR